Icma.az
close
up
RU
Azərbaycan Belarus: yüksələn əməkdaşlıq perspektivləri

Azərbaycan Belarus: yüksələn əməkdaşlıq perspektivləri

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadə edir. Belarus Respublikası o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir. Müstəqil Azərbaycanın bir çox dünya dövlətləri ilə eləcə də - Belarusla olan münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Dövlət başçılarının qarşılıqlı olaraq ölkələrə rəsmi səfərləri dövlətlərarası əlaqələrə öz müsbət təsirini göstərib. Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər imzalanıb.

AZƏRBAYCAN PREZİDENTİNDƏN DOST ÖLKƏYƏ TƏBRİK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 27-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng etməsi əlaqələrin möhkəmliyinin təzahürüdür. Dövlətimizin başçısı Aleksandr Lukaşenkonu Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

MÜSTƏQİL DÖVLƏTLƏRİN MÜNASİBƏTLƏRİNDƏ YENİ TARİXİ DÖVR

Dövlətlərarası yüksək səviyyəli görüşlər və təmaslar əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verir.

Xatırladaq ki, 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. Həmin zamandan 32 il ötür. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir. Vurğulayaq ki, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti A. Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Vurğulayaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən ilin mayın 16-17-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur". Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Səfər çərçivəsində Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin münasibətlərində yeni bir dövrün başladığını ortaya qoymuş oldu. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Belarus Cənubi Qafqazda söz sahibinə çevrilmiş Azərbaycanla bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq əlaqələrini, həmçinin iqtisadi-ticari münasibətləri daha dərindən inkişaf etdirməyi hədəfləyir. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad etmiş və Zəfər qazanmış dövlət olaraq həmin ərailərdə abadlıq-quruculuq işlərinə başlayıb. "İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir", – deyə Prezident bildirib. Cənab Prezident Belarus şirkətlərini də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. "Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var" – deyə Azərbaycan Prezidenti qeyd edib: "Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi fikirləri də vurğulamaq yerinə düşərdi. O, Azərbaycanın azad etdiyi ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını diqqətə çatdırmıışdı. Onu da bildirmişdi ki, işğaldan azad olunan torpaqlarımızda dost ölkə tərəfindən ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikiləcəkdir. "Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik".

REGİONUN TƏRƏQQİSİ İLƏ BAĞLI YENİ BAXIŞLAR

Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi vurğulanmalıdır. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Eyni zamanda, sözügedən səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirilməsinə təkan verir.

Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezidenti çıxışlarının birində vurğulamışdı ki, bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir: "Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də, təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyili var." Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər. "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir", - deyə Prezident bildirmişdir.

Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişləndirilir. Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi buna nümunədir. Hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. Onlarla Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar fəaliyyət göstərir. İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələr üçün əlamətdar layihəyə çevrilib. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır.

Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb.

Göründüyü kimi, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Nəzakət ƏLƏDDINQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri