Azərbaycan və Belarusun universitetləri arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum təhsil və elm sahələrində birgə layihələrin icrasını, beynəlxalq seminar və konfransların keçirilməsini, tələbə və müəllim mübadiləsi proqramlarının təşkilini nəzərdə tutur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.
Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və universitetin qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















