Icma.az
close
up
RU
BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalanıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Memorandum çərçivəsində BDU-da TÜRKSOY-la birgə kafedranın yaradılması haqqında razılıq əldə olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev türkdilli ölkələr arasında əlaqələrin inkişafında TÜRKSOY-un müstəsna xidmətləri olduğunu bildirib. BDU-nun da bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyən rektor diqqətə çatdırıb ki, imzalanan memorandum türkdilli ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək, BDU ilə bu ölkələrin akademik əlaqələrini genişləndirmək məqsədi daşıyır.

TÜRSKOY-un Baş katibi Sultan Raev Türk dünyasının ən yaxşı universitetlərindən olan BDU-nun mühüm elm və təhsil məbədi olduğunu deyib. O bildirib ki, BDU ilə əməkdaşlıq türkdilli dövlətlərin elm, təhsil, mədəniyyət əlaqələrinə böyük töhfə verəcək.

Memorandumda Türk dünyasının mədəni və elmi irsi ilə bağlı tədqiqat layihələrinin təşkili, BDU-nun müvafiq fakültələri ilə TÜRKSOY arasında müştərək tədqiqat proqramlarının yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə beynəlxalq və regional elmi tədbirlərin təşkil olunması nəzərdə tutulur. Sənəddə Türk dünyasının mədəniyyət və incəsənət tədbirlərində BDU-nun iştirakı, müştərək sərgilər, folklor festivalları və mədəniyyət günlərinin təşkil olunması, BDU və TÜRKSOY arasında məlumat mübadiləsi üçün platformaların qurulması, türk dillərinin öyrənilməsi və tədrisi üçün müştərək tədris proqramlarının hazırlanması, türk ədəbiyyatı üzrə birgə araşdırmalar və tərcümə layihələrinin həyata keçirilməsi məsələləri də əksini tapıb.

Qeyd edək ki, memorandum çərçivəsində TÜRKSOY-la birgə kafedranın yaradılması haqqında razılıq da əldə olunub.

Sənədi BDU-nun rektoru Elçin Babayev və TÜRKSOY-un Baş katibi Sultan Raev imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri