Icma.az
close
up
RU
Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, görüşdə Fuad Nağıyev Azərbaycan və Çin arasında ikitərəfli turizm əlaqələrin inkişaf etdiyini, cənab Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfərinin bir sıra sahələr kimi turizm sahəsində də yeni perspektivlər müəyyənləşdirdiyini, hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin bu istiqamətdə atılmış ən mühüm addımlardan biri olduğunu qeyd edib.

O bildirib ki, Çin prioritet turizm bazarlarından biridir və mütəmadi olaraq Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Çində keçirilən müxtəlif beynəlxalq turizm tədbirlərində, o cümlədən sərgilərdə iştirak təmin olunur. Fuad Nağıyev əlavə edib ki, Çinin böyük şəhərlərində silsilə təqdimatlar, turizm sənayesi və media nümayəndələri ilə görüşlər təşkil olunur, həmçinin onlayn platformalarda geniş marketinq kampaniyaları aparılır.

Fuad Nağıyev yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı, eləcə də 17 noyabrda Bakıda təşkil ediləcək “China Visitors Summit” tədbiri haqqında məlumat verib və xanım səfiri tədbirə dəvət edib.
Agentlik sədri Azərbaycan Turizm Bürosunun Çin Xalq Respublikasında daimi turizm nümayəndəliyinin açılması üzrə də işlərin getdiyini diqqətə çatdırıb.
Xanım səfir Lu Mey öz növbəsində Azərbaycanın zəngin turizm potensialının çinli turistlərin diqqətini cəlb etdiyini, ölkələrimiz arasında bir çox sahələr kimi turizm əlaqələrinin də inkişaf etməkdə olduğunu bildirib. O, Çin tərəfinin ölkəmizdə turizm sahəsinə investisiya imkanları, müxtəlif turizm layihələri, o cümlədən mədəni turizm və qastroturizm sahələrinə maraqlı olduğunu bildirərək, Azərbaycanın Çində tanıdılması işinə dəstək verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan və Çin arasında Bakı-Pekin istiqamətində AZAL-la həftədə 3 dəfə, Bakı-Urumçi istiqamətində “China Southern Airlines” vasitəsilə həftədə 5 dəfə birbaşa uçuşlar həyata keçirilir. 2024-cü il ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44,798 nəfərə çatmışdır. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 51% artım müşahidə olunur.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri