Azərbaycan ilə Çin arasında turizm əlaqələri möhkəmləndirilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu sentyabrın 15-19-da Çinin Pekin, Şanxay və Quançjou şəhərlərində keçirilən silsilə tədbirlərlə çinli və azərbaycanlı turizm sənaye nümayəndələrini bir araya gətirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşlər çərçivəsində ATB nümayəndələri və turizm sənayesi tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovla görüşüb.
Proqram çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Çinin aparıcı onlayn turizm platforması “Qunar” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanın turizm imkanları “Qunar” platformasının geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ olunacaq və innovativ yanaşmalar tətbiq edilməklə ölkəmizin turizm istiqaməti kimi mövqeyi gücləndiriləcək.
“Fliggy”, “Trip.com” və “8Continents” kimi aparıcı turizm şirkətlərinin qatıldığı işgüzar şam yeməyi 60-ya yaxın Çin turizm sənayesi nümayəndəsi və 20 yerli turizm sənayesi təmsilçisini bir araya gətirib.
Silsilə tədbirlər Quançjou şəhərində təşkil olunan B2B görüşlərlə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















