Azərbaycan və Çin bank sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Taleh Kazımov "X" hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminliyimizi vurğuladıq”, - paylaşımda qeyd olunur.
Qeyd olunur ki, görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















