Pakistan və Almaniya əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın xarici işlər naziri İohan Vadeful Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində paylaşım edib.
"Hər iki lider Pakistan və Almaniya arasında münasibətlərin müsbət dinamikasını yüksək qiymətləndirib və əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər", - paylaşımda deyilir.
Nazirlikdən verilən məlumata görə, Vadeful və Dar regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirmək üçün sıx dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Onlar həmçinin gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirmək niyyətində olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Sentyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















