Icma.az
close
up
RU
Azərbaycan və Çin universitetləri arasında akademik mübadilə genişlənir

Azərbaycan və Çin universitetləri arasında akademik mübadilə genişlənir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun professor-müəllim heyəti tərəfdaş Huçjou Universitetinin dəvəti ilə Çində işgüzar səfərdə olub.

Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, səfər Huçjou Universitetinin humanitar təhsil sahəsində innovativ təcrübəsi ilə tanış olmaq, xarici dillər üzrə tədris proqramlarını təkmilləşdirmək, birgə elmi multikultural tədqiqatlar aparmaq, ADU-da Çin dili və mədəniyyətinin tədrisi metodikasını inkişaf etdirmək məqsədi daşıyıb.

Huçjou Universitetinin prorektoru Li Qingfeng ilə görüşdə ADU-nun prorektoru Vüqar Mehrabov universitetlərarası əməkdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ADU-nun beynəlxalq əməkdaşlığından, dil və mədəniyyət mərkəzlərinin fəal işindən, peşəkar kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, iki universitet arasında əməkdaşlığın əsasını müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, Huçjou Universitetində dillərin, xüsusən də Azərbaycan dilinin tədrisi metodlarının təkmilləşdirilməsi təşkil edir. Universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işinin fəallaşdırılması, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatına dair birgə konfransların keçirilməsinin zəruriliyi də qeyd edilib.

Prorektor Li Qinqfenq Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün təhsil, elm və mədəniyyətlərarası mübadilələrin əhəmiyyətini qeyd edib. O, həmçinin bu görüşün iki ölkənin universitetləri arasında əməkdaşlığı gücləndirəcəyinə, birgə qarşılıqlı fəaliyyət planının formalaşdırılması üçün iki universitetin konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəyinə və akademik mobillik proqramlarının həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxış edib. O, Çinin tarixi İpək Yolunun dirçəldilməsi üzrə qlobal “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində tədqiqatlar üzrə ixtisaslaşmış ADU-nun Konfutsi İnstitutunun elmi, tədris və ictimai maarifləndirici fəaliyyətindən danışıb. R.Abbasov ADU-nun Konfutsi İnstitutu tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq əlaqələrinin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev iki qədim xalq arasında dostluğun müasir davamçısı” və “Heydər Əliyev və Çin” kitablarının Çin dilində, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin müasir dövlət idarəçiliyi konsepsiyası və siyasi strategiyasına həsr olunmuş ictimai çıxışlarının əsas tezisləri ilə Azərbaycan dilində materiallar toplusunun və Azərbaycan tarixində ilk Çin dili dərsliyinin nəşr olunduğunu qeyd edib. Həmçinin ADU-nun Konfutsi İnstitutunun Bakı Musiqi Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin filiallarının işinə həsr olunmuş təqdimatlar keçirilib.

ADU-nun nümayəndə heyəti Huçjou şəhərinin bir sıra orta, ibtidai məktəb və məktəbəqədər təhsil müəssisələrini də ziyarət edib. Onlar müəllimlərin ixtisasının artırılması və tədris prosesinə innovativ metodların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparıb, informatika, ingilis dili, xəttatlıq, Çin musiqisi, kulinariya, ənənəvi dekorativ-tətbiqi sənət üzrə açıq dərslərdə iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri Huçjou çay fabrikində məşhur Ağ çayın istehsalının texnoloji prosesi, peşəkar-texniki kadrların hazırlanması ilə tanış olublar.

Universitetin partiya komitəsinin katibi Jin Peihua ilə görüşdə bildirilib ki, iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycanla Çin arasında münasibətlər dinamik və hərtərəfli inkişaf, siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi dövrünü yaşayır.

Jin Peihua Bakıda keçiriləcək COP29 konfransının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Çjetszyan əyaləti Çində ekoloji problemlərin öyrənilməsi üzrə əsas elmi mərkəzlərdən biridir. O, həmçinin Çin və Azərbaycanın təmiz enerji, yaşıl nəqliyyat, çirklənmə və karbon emissiyalarının azaldılması, Çinin “Yaşıl Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsi sahəsində birgə səylərlə irəliləyəcəyinə əminliyini ifadə edib.

Rafiq Abbasov isə qeyd edib ki, ADU-da COP29 ərəfəsində Huçjou Universitetinin professoru Jin Peihuanın “Karbon zirvəsi və karbon neytrallığı: Çin fəaliyyətdədir” kitabının təqdimatı keçirilib. Həmçinin qeyd olunub ki, bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, müəllimlər arasında mübadilələrin inkişafına, həmçinin Konfutsi institutlarının inkişafına dəstək göstərilməsi zərurəti qeyd olunur.

Nümayəndə heyətinin üzvləri Huçjou Universitetinin Xəttatlıq Muzeyi və Kitabxanasının tədqiqat, mədəni-maarif və təhsil fəaliyyəti ilə tanış olub, Azərbaycanın fəxri qonaq ölkəsi kimi iştirak etdiyi illik Dünya Mədəniyyət Forumunun keçirildiyi Anji ekoloji ərazisi, mənzərəli Taihu gölünü ziyarət ediblər.

ADU-nun nümayəndə heyəti, həmçinin Ququn kompleksində, tarixi Tiananmen meydanındakı Çin Milli Muzeyində və Böyük Çin Səddində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri