Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan arasında əsas maneə Sülh paketində nələr var?

Azərbaycan və Ermənistan arasında əsas maneə Sülh paketində nələr var?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Neçənci dəfədir ki, belə paketlər hər iki tərəfə təqdim olunur. Amma yekun sülh müqaviləsi artıq 5 ilə yaxındır ki, imzalanmır.

Bu dəfə Ermənistan hansı şərtləri irəli sürə bilər? Məhbusların azad edilməsi məsələsini yenidən gündəmə gətirəcəklər?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, sülh sazişinin layihəsi 16 bənddən ibarətdir:

“Onların 13-ü tam, digərlərinin isə bir hissəsi razılaşdırılıb. Danışıqlar da bu istiqamətlərdə aparıla bilər. Əlavə təkliflərin verilməsi qeyri-mümkündür və ermənilər bunu edə bilməzlər. Razılaşdırılması gözlənilən 3 bəndlə bağlı hansısa təkliflərin irəli sürülməsi, hər hansı cümlələrin əlavə edilməsi, yaxud da çıxarılması ola bilər.

Abutalıb Səmədov

Sülh sazişində əksini tapmayan, lakin müqavilənin imzalanması ilə bağlı olan əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi, konstitusiyada düzəlişlərin aparılması idi. Konstitusiya məhkəməsi də son açıqlamasında açıq şəkildə bildirdi ki, Ermənistan konstitusiyası yalnız orada yazılanlardan ibarətdir. Əlavə sənədlərə istinadlar olsa da onlar konstitusiyanın mətninə daxil edilmiş sayıla bilməz. Söhbət Ermənistanın müstəqillik bəyannaməsindən gedir”.

Siyasi şərhçinin sözlərinə görə, bu yanaşma sülh sazişinin imzalanması istiqamətindəki maneəni aradan qaldırdı:

“Azərbaycanın atacağı addım isə bu qərarın bizi nə qədər qane etməsindən asılı olacaq. Doğrudur, Ermənistan parlamentinin spikeri Alen Simonyan COP29-da İrəvanın iştirakını məhbusların azad edilməsi ilə mümkün olacağını deyib. Lakin bu, sülh müqaviləsi mətninə əlavə edilə bilməz”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri