Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub”.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real sülh mövcuddur.
“İndi biz sülh müqaviləsini imzalamalı və onu ratifikasiya etməliyik”, - deyə Nikol Paşinyan əlavə edib.
Baş nazir qeyd edib ki, Ermənistan hazırda Azərbaycanla münasibətlər qurur:
“Bizim Gürcüstanla ənənəvi yaxşı əməkdaşlığımız və yaxın müasibətlərimiz var. Hazırda biz Azərbaycanla münasibətlər yaradırıq. Bizim aramızda ikitərəfli ticarət var və regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq. Bütün bu proseslər Cənubi Qafqaza tamamilə yeni qlobal rol qazandıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Noyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















