Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasının əhəmiyyətini təsdiqləyib
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasının əhəmiyyətini təsdiqləyib
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə qeyd olunub.
Sənəddə vurğulanır ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülh, sabitlik və rifahın təşviqi məqsədilə iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmin olunması üçün kommunikasiyaların açılması mühüm əhəmiyyət kəsb edir.
Bu təşəbbüs Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni və Ermənistan üçün beynəlxalq, həmçinin ölkədaxili bağlantılarda qarşılıqlı faydaları nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Avqust 2025 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















