Azərbaycan və Ermənistan nümayəndələri delimitasiya işlərini müzakirə ediblər
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Məlumata görə, fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək
23 Noyabr 2024 11:26
Azərbaycan Ermənistan delimitasiya komissiyasının növbəti iclası...
27 Fevral 2025 19:14
Mirzoyan və Kallas Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
21 İyun 2025 14:22
Rubio və Barro Azərbaycan Ermənistan münasibətlərinin nizamlanmasını müzakirə ediblər
05 Avqust 2025 10:22
Ermənistan və Azərbaycan nümayəndələri Moskvada görüşəcək? AÇIQLAMA
27 May 2025 11:43
Baxış sayı:81
Bu xəbər 18 Fevral 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















