Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək.
Milli.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib.
O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib.
Paşinyan qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək.
"Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı, COP29-dan sonra bu proseslər davam edəcək", - deyə baş nazir bildirib.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















