Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan Rusiyaya qarşı addım atmırlar AÇIQLAMA

Azərbaycan və Ermənistan Rusiyaya qarşı addım atmırlar AÇIQLAMA

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistanın Rusiya orbitindən qopmasından yazıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir:

“Uğursuz müharibədən sonra 2011-2012-ci illərdə mənim etmədiyimi Paşinyan Ermənistanda etdi, erməni İvanişvilini – milyarder Karapetiani həbs etdi. Paşinyan rəsmi olaraq Avropa İttifaqına üzvlük üzrə kurs keçdi”, – Saakaşvili bildirib.

“Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyanı birbaşa təhdid kimi görür və siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə Azərbaycan və Ermənistan yaxınlığı başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir”.

M.Saakaşvilinin iddialarını Bakıvaxtı.az-a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı qeyd edib ki, sabiq prezidentin bu fikirlərində həm həqiqət payı, həm də şişirtmə var:

“Həqiqətən də həm rəsmi Bakı, həm də rəsmi İrəvan son dövrlərdə xüsusən də son 1-2 ay ərzindəki atdıqları xarici siyasi addımlarda xarici dairələrin təsirindən deyil, öz maraqlarından çıxış  etməyə başlayıblar. Artıq nə Vaşinqtonun dediyi əsas sayılır, nə də Moskva və digərlərinin.

Tərəflər çalışırlar ki, Azərbaycan və Ermənistan münasibətləri ikili konteksdə normallaşdırsın və ortaq nöqtələr tapılsın. Paşinyan iqtidarı dünya siyasətini anlayır, görür ki, regional balanslar dəyişməlidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazın siyasi  həyatının yeni aktoruna çevrilib”. 

Müsahibimiz qeyd edib ki, hazırda Cənubi Qafqazda yeni status-kvo yaranıb. Dediyinə görə, Ermənistan-Rusiya müttəfiqliyi öz təsiri gücünü Azərbaycan-Türkiyə müttəfiqliyinə uduzub:

"Belə olan halda isə kiçik erməni dövlətini qoruyub saxlamaq daha vacibdir, nəinki “böyük”, “dənizdən-dənizə Ermənistan” xülyasına qapılmaq. Bu mənada Ermənistan tərəfi rəsmi Bakı ilə ikili kontekstdə məsələlərin həllini tapmağa çalışır. Bu siyasət Azərbaycanın 30 ildir,  Ermənistana doğru yol kimi göstərdiyi həqiqət olduğuna görə rəsmi Bakı bu məsələdə uğurlu irəliləyiş təmin edilməsi üçün bütün diplomatik kanallarını açıb. Ermənistanla ikili müzakirələri davam etdirir. Bu nöqtədə Saakaşvili haqlıdır ki, Azərbaycan və Ermənistan Rusiyadan təsirləri azlatmağa çalışır".

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında iqtisadi layihələr var. Ermənistan iqtisadiyyatı isə Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Belə olan halda rəsmi İrəvan müstəqilləşmə siyasətini sona qədər davam etdirə biləcəkmi?

H.Səhrablı bildirib ki, hələ 1998-ci ildən Azərbaycanın Rusiyadan keçən enerji xətlərinə alternativ Bakı-Tblisi-Ceyhan layihəsinin işə salınması, sonra TANAP və TAP-ın üzərində işlənilməsi, bu gün dünyəvi əhəmiyyti ilə seçilən “Bir kəmər, bir yol” layihəsi və onun ən önəmli həlqələrindən “Orta dəhlizə” qoşulması Azərbaycanın iqtisadi müstəqlliyini təmin etmək istəyinin təcəssümüdür:

"Ermənistan tərəfi də bunu gec də olsa, anladı. Onlar başa düşürlər ki, ölkə iqtisadiyyatının 80-90 faizinin Rusiyanın əlində olması əslində ölkənin iqtisadi suverenliyinə təhdiddir. Ermənistanın siyasi, hərbi cəhətdən də müstəqil addımlarını əngəlləyir. Birdən-birə Rusiyanın Erməniatana qarşı iqtisadi təzyiq həyataka keçirməsi kifayət edər ki, siyasi və hərbi cəhətdən atılan addımlar uğurula nəticələnsin. Ermənistan anlayıb ki, Zəngəzur dəhlizi farsların, rusların, erməniləri çaşdırdığı kimi, onların zərərinə olan layihə deyil. Bu dəhliz onları şərqdən qərbə tranzit layihələrində tərəfə çevirəcəck, ona yeni iqtisadi-dvidendlər qazandıracaq. Ən əsası Zəngəzur dəhlizi Ermənistanın Türkiyə və Azərbaycanla siyasətini yumşaltması, sərhədlərin açılması ilə blokadadan çıxması üçün effektiv bir layihədir".

Müsahibimiz vurğulayıb ki,  Azərbaycan və Ermənistan Rusiyaya qarşı addım atmırlar. Onun sözlərinə görə, Azərbaycanın elə bir məqsədi yoxdur ki, Rusiyaya qarşı açılan cəbhədə yer alsın:

"Azərbaycan tərəfi müstqəillik əldə etdiyi ilk gündən indiyə qədər balans qurmağa çalışıb. Azərbaycan dinc, bərabərhüquqlu, əməkdaşlığa söykənən bir iş birliyinə dayanan münasibətlər sistemi qurmaq istəyir. Rusiya da həmin dövlətlərdən biridir. Amma vaxtaşırı Rusiydan Azərbaycana qarşı addımların atılması, müxtəlif vasitələrlə Azərbaycanın Rusiyadan asılı vəziyyətə salınması istiqamətində olan cəhdlər Azərbaycan-Rusiya münasibətlərini zaman-zaman sual altına qoyur. Xarici siyasətdə bu dövlətlər arasında ziddiyyətlər yaranır. Saakaşvilinin şişirtdiyi məqam da budur. Bu addımların heç bir rəsmi Bakının addımları deyil. Əskinə rəsmi Bakı dəfələrlə Kremlə çağırış edib ki, bizə qarşı radikal, imperialist addımlardan əl çəkin. Münasibətlər qarşılıqlı şəkildə əməkdaşlıq və iş birliyi çərçivəsində olsun. Sadəcə Rusiya imperialist maraqlardan çıxış etdiyi üçün yeni sivil dünyaya adaptasiya oluna bilmir. Azəbaycana qarşı addımlar atdığı üçün Azərbaycan da özünün müdafiə mexanzimini işə salır. Addımlara cavab verir. Saakaşvili də bunu şişirdir və bunu Azərbaycanın Rusiyaya qarşı addımları kimi təqdim edir. Rusiya Azərbaycana qarşı niyyətindən çəksə, rəsmi Bakı bu ölkə ilə əməkdaşlıq və tərəfdaşlığa söykənən ikitərəfli münasibətləri inkişaf etdirəcək”. 

Həşim Səhrablı: Rusiyanın Ukraynada güc ititrməsi Cənubi Qafqaza dvidendlər qazandırır

Cənubi Qafqazı Rusiya təsirindən xilas etməyin yollarından da danışan ekspert deyib ki, bu gün Cənubi Qafqazda baş verənlər diqqətçəkən hadisələrdir. Bu antiimperial hərəkata güc verə bilər. Cənubi Qafqaz son illər Rusiyanın təsirində əzilir. Cənubi Qafqazın xalqlarının haqları tapdanır və  orada sadəcə bir mərkəzin-Rusiyanın maraqları müdafiə olunur:

"Bundan qurtulmaq üçün ideal fürsət yaranıb. Rusiyanın Ukraynada bataqlığa çəkilməsi və güc itirməsi nəticəsində Cənubi Qafqaz gələcəyini daha yaxşı təməllər üzərində inşa etmək üçün iqtisadi, siyasi və hərbi dvidendlər əldə edib. Bunları maksimum dəyrləndirmək və Cənubi Qafqaz ölkələrinin həm birlikdə, həm də ayrı-ayrılıqda iqtisadi, siyasi və hərbi sahədə müstəqilliyini təmin etmək lazımdır".

Həmsöhbətimiz qeyd edib ki, bunun üçün Gürcüstan və Ermənistan Azərbaycanın nümunə ola biləck siyasətini izləməsi lazımdır. Bu gün rəsmi Tiflis çalışmalıdır ki, Rusiya ilə düşmən yox, ikili münasibətlər sisteminə keçsin. Avropa, Amerika və Çinlə əlaqələrini yaxşılaşdırsın:

"Ən əsası Ermənistan iqtisadi müstəqlliyini təmin etmək üçün əməli addımlar atmalıdır. Ermənistandakı Gümrü hərbi bazası nəyə lazımdır axı?! Bu Ermənistanın maraqlarına uyğundurmu? Xeyr. Gümrü bazası bağlanmalıdır və Ermənistan Rusiyaya qarşı hərbi cəhətdən daha müstəqil davranmalıdır. Eyni zamanda bu gün  Ermənistanda kilsə vasitəsilə din üzərindən siyasətə müdaxiləyə son qoyulmalıdır. Bundan sonra Saakaşvilinin dediyi kimi, Cənubi Qafqazda başlamış və uğurla davam edən imperiyadan qurtulma siyasəti daha müstəqil, daha güclü olacaq. Bu istiqamətdə addımlar atılır, yeni dünya düzəninin formlaşmasında güc mərkəzlərinin qarşıdurmaları şiddələnəcək".

H.Səhrablı ehtimal edir ki, Qərb və Rusiya Ukraynada, Tayvan və Sakit Okean hövzəsində Çin-ABŞ qarşıdurması şiddətlənəcək. Bu reallıqda böyük güclər yalnız Cənubi Qafqaza yox, digər müstəmləkə siyasətinin qurbanı olan ərazilərə də təsir riçaklarını itirəcəklər. Onların başı qarışacaq, eyni zamanda Rusiyanın Cənubi Qafqaza müdaxiləsi bir növ ikinci plana keçəcək. Çünki Şərqi Avropada ciddi problemlər mövcuddur, imperiya maraqlarının qorunması və dünyəvi hegemonluq uğrunda mübarizə Kreml üçün daha prioritetdir:

"Bu boşluqda Cənubi Qafqaz ölkələri özlərini iqtisadi, siyasi və hərbi cəhətdən daha müstəqil tərəflərə çevirib, əhəmiyyətli alt yapı hazırlaya bilərlər".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see165

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see160

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see155

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see153

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see148

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see148

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see146

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see136

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see131

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see126

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see123

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see122

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see120

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see119

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see118

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see117

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see117

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see114

Azərbaycanda III MDB Oyunlarına yekun vurulub

09 Oktyabr 2025 10:35see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri