Icma.az
close
up
RU
Ermənistan separatçılara qarşı niyə addım atmır? AÇIQLAMA

Ermənistan separatçılara qarşı niyə addım atmır? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bu gün Ermənistanda separatçı rejim simvollarının hələ də sərbəst şəkildə nümayiş etdirilməsi narahatlıq doğurur. Belə bir vəziyyət, ölkə rəhbərliyinin bu cür simvolların istifadəsinə qarşı ciddi addımlar atmadığını göstərir.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirib ki, dəfələrlə bu barədə yumşaq bəyanatlar səsləndirilsə də, Ermənistan rəhbərliyi tərəfindən nədənsə qondarma rejiminin ərazidə mövcudluğuna son qoyulmur:


“Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından daha əvvəl - Əbu Dabidə keçirilən görüşdə Ermənistan tərəfi separatçı rejim simvollarından ölkə ərazisində istifadəyə yol verməyəcəyinə dair öhdəlik götürmüşdü. Bu, sülhün əldə olunması istiqamətində müsbət bir addım kimi dəyərləndirilirdi. Hələ də Paşinyanın oturduğu Nazirlər Kabinetindən bir neçə kilometr uzaqlıqda, Qarabağın qondarma rejimi Şahramanyanın rəhbərliyi altında fəaliyyətini davam etdirir. Lakin sonrakı proseslər, xüsusilə də dünən qondarma rejimin Ermənistan ərazisində keçirdiyi tədbirlər və açılan yeni "Arsaq çağırışı" adlı abidənin önündə səsləndirilən bəyanatlar, göstərir ki, Ermənistan hüquq mühafizə orqanları separatçı rejimin mövcudluğuna son qoymaq niyyətində deyillər”.

Ədalət Verdiyev bildirib ki, Azərbaycanla əldə olunan kövrək sülhün zədələnməsi üçün Koçaryan, Şahramanyan, Serj Sarkisyan və onların tərəfdarlarının təşkil etdiyi mitinqlərin maneəsiz şəkildə keçirildiyini müşahidə edirik. Ekspert hesab edir ki, bütün bunlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin əldə olunmasına mənfi təsir göstərən amillərdir:

“Ermənistan rəhbərliyi, rəsmi olaraq "Qarabağ Azərbaycandır" desə də, Qarabağda mövcud olmuş qondarma rejimin simvolları, o cümlədən əski parçalar və gerblər, Ermənistan ərazisində vətəndaşlar tərəfindən sərbəst şəkildə daşınır, gəzdirilir və mitinqlərdə qaldırılır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu məsələni artıq mövcud qanunvericiliyə dəyişikliklər etməklə qondarma rejimin simvollarından istifadəni tamamilə qadağan etməli, bununla bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul etməlidir. Əks halda, bu proses Azərbaycanın məsələyə daha sərt münasibət göstərməsi ilə nəticələnəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri