Azərbaycan və Gürcüstan “İpək Yolu Abreşumis Qza” layihəsini müzakirə edib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndələrinin görüşü keçirilib.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, öncə nümayəndə heyətləri Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postuna, sonra isə “İpək Yolu - Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin təsis ediləcəyi əraziyə baxış keçirib, həmçinin “Qırmızı Körpü” gömrük postunda gömrük əməliyyatlarının gedişini izləyiblər.
Tovuz Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində keçirilən görüşdə “İpək Yolu - Abreşumis Qza” birgə avtomobil buraxılış məntəqəsinin gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi, mal və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması, beynəlxalq və regional tranzitin, iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, layihənin icrası istiqamətində görülmüş işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.


