Icma.az
close
up
RU
Azərbaycan “Rəqəmsal İpək yolu”nun mərkəzi qovşağıdır

Azərbaycan “Rəqəmsal İpək yolu”nun mərkəzi qovşağıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında ölkəmizin rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensialı olduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda, “Rəqəmsal İpək yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünün uğurla gerçəkləşdiyini, bunun isə respublikamızın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaratdığını vurğulayıb. Ölkə rəhbəri, həmçinin bu layihəyə Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planlarının da daxil olduğunu xatırladıb.

Azərbaycan liderinin bu fikrinə əsalanıb qeyd edə bilərik ki, müasir dövrün əsas inkişaf xətti rəqəmsal transformasiya və süni intellektin iqtisadi modellərə inteqrasiyası ilə müəyyən olunur. İnformasiya texnologiyalarının inkişafı dövlətlərin rəqabət qabiliyyətinin formalaşmasında əsas amillərdən biri kimi diqqətdə saxlanılır.

Bu baxımdan Azərbaycan da “rəqəmsal iqtisadiyyat” anlayışını milli inkişaf strategiyasının mərkəzinə yerləşdirib. 2022–2026-cı illəri əhatə edən “Yeni inkişaf mərhələsində Azərbaycan” strategiyasında rəqəmsal infrastrukturun genişləndirilməsi, dövlət xidmətlərinin elektronlaşdırılması, innovativ sahibkarlığın təşviqi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan təkcə daxili rəqəmsallaşma siyasəti yürütmür, həm də region ölkələri arasında texnoloji inteqrasiya və məlumat axınının mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu isə beynəlxalq aləmdə rəqəmsal diplomatiya və beynəlxalq əməkdaşlıq baxımından mühüm strateji istiqamət olaraq yüksək dəyərləndirilib.

Xatırladaq ki, “Rəqəmsal İpək yolu” təşəbbüsü respublikamız üçün sadəcə texnoloji layihə deyil, həm də yeni nəsil iqtisadi-siyasi əlaqə modelidir. Bu layihənin əsas məqsədi Avropa və Asiyanı birləşdirən müasir, etibarlı və yüksək ötürmə qabiliyyətinə malik fiber-optik şəbəkə qurmaqdır. Tarixi İpək yolu üzərində yerləşən Azərbaycan bu gün də qədim ticarət və kommunikasiya xəttinin müasir rəqəmsal ekvivalentinin mərkəzinə çevrilməkdədir.

“Rəqəmsal İpək yolu” layihəsinin mühüm hissəsi olan Transxəzər kabel xətti Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur. Kabel xətti tikintisinin bir neçə mərhələdə həyata keçiriləcəyi nəzərdə tutulur. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. “AzərTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Transxəzər kabel xətti layihəsi Azərbaycanın magistral internet provayderi olan “AzərTelecom” şirkəti və Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ-ın “Pioneer Consulting” şirkəti isə layihəyə texniki nəzarət və məsləhət dəstəyi göstərir.

“Rəqəmsal İpək yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Təsadüfi deyil ki, layihə ABŞ-da Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada 5 ən yaxşı strateji infrastruktur tədbirindən biri kimi seçilib. Belə bir strateji layihənin işə düşməsi, heç şübhəsiz, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsinə və rabitənin daha geniş yayılmasına təkan verəcək.

Ekspertlərin fikrincə, layihənin uğurlu icrası region dövlətləri üçün bir neçə strateji nəticə doğuracaq:

– İlk növbədə, informasiya təhlükəsizliyi baxımından müstəqillik əldə ediləcək. Belə ki, region ölkələri məlumat axınını üçüncü tərəf infrastrukturlarından asılı olmadan gerçəkləşdirə biləcək;

– bu məsələdə iqtisadi inteqrasiya da mühüm önəm daşıyır, məlumat mübadiləsi sürətlənir, e-ticarət və elektron xidmətlər üçün vahid bazar formalaşır;

– sözügedən layihənin uğurlu icrasında texnoloji sinerji də əsas şərtlərdən biridir. Belə ki, fiber-optik şəbəkə bulud texnologiyaları, süni intellekt və böyük verilənlər (big data) üzrə əməkdaşlıq üçün baza rolunu oynayır.

Azərbaycan bu istiqamətdə həm Şərq – Qərb, həm də Şimal – Cənub istiqamətlərində rəqəmsal tranzit ölkə kimi çıxış edir. Bu, həm coğrafi mövqeyin, həm də dövlətin məqsədyönlü siyasətinin nəticəsidir.

Prezident İlham Əliyev çıxışında xüsusi qeyd etdiyi kimi, “Rəqəmsal İpək yolu” layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsidir. Bu infrastruktur yalnız Azərbaycan üçün deyil, bütövlükdə, regionun məlumat mübadiləsi sistemində də yeni səhifə açacağı proqnozlaşdırılır.

Layihə Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr arasında yüksək sürətli data ötürülməsini təmin edəcək. Bununla da, Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışı asanlaşacaq, Avropa – Asiya məlumat axınının təhlükəsizliyi və sabitliyi təmin olunacaq. Bu, həm də Azərbaycanın tranzit statusunu yalnız enerji və logistika deyil, eyni zamanda, informasiya texnologiyaları sahəsində də möhkəmləndirəcək. Texnoloji baxımdan bu layihə həm də “optik magistral” kimi fəaliyyət göstərəcək və qlobal internet xəritəsində yeni bir “qovşaq nöqtəsi” yaradacaq. İnformasiya axını London – Bakı – Almatı marşrutu ilə hərəkət edərək Çin və Avropa arasında yeni alternativ data dəhlizi formalaşdıracaq.

Onu da qeyd edək ki, ölkəmizdə son illər ərzində həyata keçirilən dövlət proqramları rəqəmsal sahədə institusional bazanı möhkəmləndirib. “ASAN xidmət”, “e-Gov” platforması, “AzInTelecom”un bulud xidmətləri, “AzDataCom” şəbəkəsi və “Data Center”lərin yaradılması Azərbaycanın informasiya infrastrukturunu beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldib. Bu proses təkcə dövlət idarəçiliyinin səmərəliliyini artırmır, həm də özəl sektorun inkişafı üçün şəffaf və rəqabətli mühit yaradır. İnnovasiya Agentliyi, “Startup Azərbaycan” platforması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsləri sayəsində ölkəmiz regionda texnoloji yeniliklərin tətbiqi baxımından öncül mövqedədir.

Azərbaycanın bu sahədə qazandığı təcrübə bir çox inkişaf etməkdə olan dövlətlər üçün model xarakteri daşıyır. BMT tribunasından səslənən çağırış da bu liderlik vizyonunun beynəlxalq miqyasda tanıdılması və tərəfdaşlıq imkanlarının genişləndirilməsinə yönəlib. Prezident İlham Əliyevin “ölkəmiz rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir” fikri də Azərbaycanın beynəlxalq səviyyədə tərəfdaşlığa açıq mövqeyini göstərir. Bu, həm də ölkəmizin rəqəmsal diplomatiya strategiyasının əsas sütunlarından biridir.

Xatırladaq ki, Azərbaycan bu sahədə BMT-nin Davamlı İnkişaf Məqsədləri, xüsusilə də “sənayeləşmə, innovasiya və infrastruktur” istiqaməti ilə tam uzlaşır. Fiber-optik şəbəkələr, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, süni intellektin idarəetmədə tətbiqi kimi təşəbbüslər dayanıqlı inkişaf modelinin vacib elementlərinə çevrilib. Bu baxımdan, respublikamızın təqdim etdiyi “Rəqəmsal İpək yolu” layihəsi qısa müddət ərzində təkcə regional deyil, qlobal miqyasda da birgə fəaliyyət üçün platforma rolunu oynayıb. Məlumat təhlükəsizliyi, texnoloji suverenlik və rəqəmsal iqtisadiyyatın ədalətli bölüşdürülməsi kimi məsələlərdə BMT çərçivəsində əməkdaşlıq üçün bu layihə yüksək qiymətləndirilib.

BMT Baş Assambleyasında səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan artıq enerji ixracatçısı olmaqla yanaşı, rəqəmsal bağlantı ixracatçısına da çevrilməkdədir. “Rəqəmsal İpək yolu” təşəbbüsü və Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel layihəsi Azərbaycanın texnoloji coğrafiyasını dəyişməklə yanaşı, Avrasiyanın rəqəmsal gələcəyinə strateji töhfə verəcək. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, müasir çağırışları düzgün dəyərləndirməsinin və Azərbaycanın qlobal iqtisadi sistemdə yeni mövqe qazanmasının bariz göstəricisidir.

Beləliklə, Azərbaycan artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də rəqəmsal bağlantıların, bilik axınının və texnoloji tərəfdaşlığın regional qovşağı kimi formalaşır. Bu isə ölkəmizin XXI əsrin innovativ xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir.

V.BİNYATOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri