Azərbaycan və Gürcüstan protokol imzalayıb
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycan və Gürcüstan arasında yerüstü teleradio yayımı və mobil rabitə xidmətləri üzrə radiotezliklərin koordinasiyasına dair protokol imzalanıb.
"AzPolitika" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən xəbər verir, imzalanma Şəki şəhərində iki ölkənin Rabitə Administrasiyalarının nümayəndələri arasındakı koordinasiya görüşündə baş tutub.
Bildirilib ki, digər aidiyyəti qurumlarla yanaşı, DRİ-nin mütəxəssislərinin də iştirak etdikləri görüşdə mobil rabitə şəbəkələrində, televiziya və radio yayımlarında istifadə olunan radiotezliklərin koordinasiyası ilə bağlı texniki məsələlər müzakirə edilib.
Eyni zamanda sərhədyanı ərazilərdə birgə radiomonitorinq tədbirləri həyata keçirilib. Tərəflər qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















