Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan regionda sülhü və təhlükəsizliyi birlikdə qoruyur AZƏRTAC

Azərbaycan və Gürcüstan regionda sülhü və təhlükəsizliyi birlikdə qoruyur AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün regionun lokomotiv dövləti olaraq Azərbaycanın Cənubi Qafqazda müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır. Xüsusilə, Ermənistanla 30 ilə yaxın davam edən müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırıb. Bundan başqa, əsrlər boyu Cənubi Qafqazda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi əlaqələr, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə inkişaf etmiş münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi diktə edir: ”1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi. Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkənin xarici siyasət prioritetlərini elan edəndə öz təcrübəsi və mövcud imkanlardan məharətlə istifadə edərək Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə hələ Sovetlər dönəmindən başlayan dostluğu sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirdi. Belə ki, xalqlarımızın tarixi əlaqələrinin daha da zənginləşdirilməsi, eləcə də Cənubi Qafqazda münaqişə ocaqlarının olmaması üçün yeni çağırışların üzərində qurulan fəaliyyət ortaya qoyuldu. Bu gün isə Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddətdə ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb”.

Azərbaycanın hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olduğunu deyən M. Əfəndiyev qeyd edib ki, ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi bölgədə sabitlik və təhlükəsizliyi təmin edir: ”Uzun illər iqtisadi sahədə uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar investisiya qoyub. Eyni zamanda, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasını bütün dünya üçün fəal tərəfdaşlığın ən bariz nümunəsi kimi dəyərləndirmək olar. Beləliklə, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan və Gürcüstan arasında davamlı olaraq inkişaf edən tərəfdaşlıq nəinki regionun iqtisadi-siyasi vəziyyətinin, eləcə də qlobal iqtisadiyyatın artımına xidmət edir. Qeyd etmək lazımdır ki, Gürcüstan tranziti vasitəsilə ölkəmiz hazırda 11 ölkəyə təbii qaz ixrac edir, habelə geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir”.

Deputat diqqətə çatdırıb ki, ötən müddət ərzində baş tutan ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradıb.

“İki lider arasında baş tutan görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir”,- deyə o vurğulayıb.

İqtisadi arena ilə yanaşı, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq münasibətləri də uğurla inkişaf etdiyini qeyd edən Məzahir Əfəndiyev bu layihələrdən biri olan, Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini bir araya gətirən Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramının özündə qanunvericilik, səhiyyə, təhlükəsizlik, təhsil, sərhədlərin inteqrasiyası kimi istiqamətləri ehtiva edərək, əməkdaşlıq mexanizminin formalaşması və razılaşdırılmış birgə fəaliyyətin həyata keçirilməsini təmin etdyini xatırladıb.

“30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər, bu da regionda tam təhlükəsiz, sülh içində, rifahlı həyatın çiçəklənməsini təmin edəcək”,- deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri