Türkiyə və Gürcüstan rəsmiləri regionda gedən prosesləri müzakirə ediblər AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 21 dekabr, AZƏRTAC
Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Regionda gedən proseslər, sabitliyin və sülhün təşviqində Gürcüstanın və Türkiyənin rolu barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri müzakirə olunub. Regional əməkdaşlığa, birgə layihələrin vacibliyinə, iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə edilməsi zərurətinə diqqət yetirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















