Azərbaycan və İran XİN nümayəndələri əməkdaşlıq perspektivlərini müzakirə edib
Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub.
Doğru.az xəbər verir ki, Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, mövcud siyasi dialoqun və parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb. Görüşdə həmçinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın bu il ölkəmizə həyata keçirdiyi iki səfərin münasibətlərə əlavə təkan verdiyi qeyd olunub.
Tərəflər siyasət, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib. Xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 24 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















