Icma.az
close
up
RU
Azərbaycan və Keniya minatəmizləmə sahəsində təcrübələrini bölüşüb

Azərbaycan və Keniya minatəmizləmə sahəsində təcrübələrini bölüşüb

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Keniyaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında minatəmizləmə sahəsində təcrübələr bölüşülüb.

Bu barədə BAKU.WS-ə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Samir Poladov və Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev ilə Keniyanın minatəmizləmə sahəsində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.

Samir Poladov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də əsasən daxili resursların hesabına icra edilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O, ərazilərdə aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi və əhalinin bu ərazilərə geri dönməsinin təmin olunmasında humanitar minatəmizləmə işlərinin böyük əhəmiyyətini vurğulayıb. Sədr müavini minaların törətdiyi fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təminatında beynəlxalq dəstəyin və əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Keniya tərəfi Təlim Mərkəzinin fəaliyyəti və humanitar minatəmizləmə sahəsində imkanların və təcrübələrin artırılması üçün həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Keniya və Azərbaycan arasında mövcud münasibətlərin dinamik inkişafının iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib.

Tərəflər humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.

Daha sonra Azərbaycan nümayəndə heyəti Mərkəzin sahə üzrə ixtisaslaşmış Humanitar Sülhə Dəstək Məktəbinə baş çəkərək orada mövcud olan texnoloji avadanlıq və cihazlar, hərbi tədris kompleksi və təlim poliqonu ilə tanış olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri