Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Newscenter.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib.
İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyə ilə Oman energetika sahəsində memorandum imzalayıb
14 İyul 2025 18:43
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
13 Noyabr 2024 12:26
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
17 Sentyabr 2026 16:10
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb FOTO
13 Noyabr 2024 11:52
Baxış sayı:116
Bu xəbər 22 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















