Icma.az
close
up
RU
Azərbaycan və onun lideri bir daha böyüklüyünü nümayiş etdirdi

Azərbaycan və onun lideri bir daha böyüklüyünü nümayiş etdirdi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

20–21 oktyabrda Prezident İlham Əliyevin Qazaxıstana həyata keçirdiyi ikigünlük dövlət səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki qardaş ölkə üçün iqtisadiyyat, süni intellekt, beynəlxalq tranzit, enerji və humanitar sahələrdə strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

Belə ki, səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfə artırılaraq 1 milyard ABŞ dollarına çatdırılması, hazırda 4,5 milyon ton gücə malik “Orta Dəhlizin” tranzit imkanlarının üç dəfəyədək,  Bakı–Tbilisi–Ceyhan marşrutu ilə nəql olunan 1,5 milyon ton Qazaxıstan neftinin həcminin dəfələrlə çoxaldılması, Xəzər dənizinin dibi ilə elektrik və fiber-optik kabellərin çəkilişinin sürətləndirilməsi və yaxın vaxtlarda istismara verilməsi, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın uran məhsullarının Azərbaycan üzərindən Avropa və dünya bazarlarına çatdırılması haqqında əldə olunan razılaşmalar ölkəmizin təkcə regionda deyil, bütün dünyada gücünü və strateji əhəmiyyətini xeyli dərəcədə artıracaqdır.

Diqqəti çəkən məqamlardan biri də Qazaxıstan Prezidenti cənab Tokayevin Azərbaycan Prezidentinin dünyada artan nüfuzunu, Azərbaycanın regional və beynəlxalq siyasətdə aparıcı oyunçuya çevrilməsini, cənab İlham Əliyevin Ermənistanla sülhə nail olunması istiqamətində həyata keçirdiyi tarixi missiyanı xüsusilə qeyd etməsi oldu.

Maraqlıdır ki, cənab Prezident məhz Qazaxıstanda Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını və ilk belə tranzit yükün, Qazaxıstan taxılının Ermənistana daşındığını bəyan etdi və bildirdi ki, bu addım Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun bariz göstəricisidir.

Yenə də Azərbaycan və onun Lideri öz böyüklüyünü nümayiş etdirdi.

Müharibəni qazandıqdan sonra, Ermənistana sülh təklif edən Azərbaycan idi, indi də kommunikasiyaları açan və tranzit məhdudiyyətlərini aradan qaldıran ilk ölkə Azərbaycan oldu. Özü də rifah və bərəkət rəmzi olan taxılın Ermənistana nəql olunmasına razılıq verməklə.

Əlbəttə, bunu yalnız özünə güvənən böyük xalqlar və liderlər edə bilər.

Azərbaycanın atdığı bu addım, eyni zamanda, Ermənistanın Baş naziri və hökumət üzvlərinin bu qərarı yüksək qiymətləndirməsi, ardınca vətəndaş cəmiyyəti fəallarının AZAL-ın təyyarəsi ilə İrəvana səfər etməsi bir tərəfdən, Cənubi Qafqazda sülh və etimad quruculuğunun geridönməz xarakter aldığından  xəbər verirsə, digər tərəfdən, regionda gərginliyi və qarşıdurmanı körükləyən revanşistlərin və xarici dairələrin planlarına sarsıdıcı zərbədir.

Azərbaycan bu gün Cənubi Qafqazın yeni tarixini yazır, bu tarix sülhün, sabitliyin və tərəqqinin tarixidir. Bu tarixi yazarkən Azərbaycan həm də nümayiş etdirdiyi siyasi iradə, məsuliyyətli liderliyi və uzaqgörən davranışı ilə bütün dünyaya nümunə göstərir.

Azay Quliyev
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri