Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının digər ölkələrə birgə ixrac imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazirin sözlərinə görə, Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilən ikitərəfli görüşdə mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə aparılıb. Görüşdə, həmçinin aqrar sığorta sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərməsi məsələləri də müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
M.Məmmədov qeyd edib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Mart 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















