Astanada Azərbaycan Özbəkistan əməkdaşlığı müzakirə olunub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Günay Əfəndiyeva Qazaxıstanın Astana şəhərinə səfəri çərçivəsində Özbəkistan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxtiyor İbrahimov ilə görüşüb.
XQ xəbər verir ki, görüş zamanı Azərbaycan-Özbəkistan tərəfdaşlığı, Türk Dünyasında inteqrasiya prosesləri ətrafında fikir mübadiləsi aparılıb.
Günay Əfəndiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri, sıx qarşılıqlı səfərləri iki ölkənin hərtərəfli əməkdaşlığına güclü təkan verir. O vurğulayıb ki, Azərbaycan Prezidentinin 23 avqust 2026-cı il tarixində Özbəkistana dövlət səfəri iki ölkənin strateji münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Günay Əfəndiyeva dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasına diqqəti çəkib. Millət vəkili Sənədi Azərbaycan və Özbəkistanın tarixi bağlarının, çoxəsrlik dostluğunun müasir dövrdə növbəti böyük rəmzi kimi qiymətləndirib.
Səfir Baxtiyor İbrahimov Azərbaycan-Özbəkistan əlaqələrinin günü-gündən daha da genişlənməsinin önəmindən söz açıb. Səfir münasibətlərimizin ortaq tarixi-mədəni köklər üzərində yüksələn xəttlə davam etdirildiyini qeyd edib. O bildirib ki, bir çox müxtəlif istiqamətlər üzrə imzalanan birgə sazişlər iki ölkənin müttəfiqlik dialoqunun inkişafını əks etdirir. Görüş gələcək əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















