Azərbaycan və Özbəkistan daha böyük uğurlara imza atacaq Deputat
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bu gün Azərbaycan Özbəkistan münasibətləri özünün yeni inkişaf mərhələsinə daxil olub. İki ölkənin əlaqələri davamlı olaraq bütün istiqamətlərdə inkişaf edir".
Bunu 525.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə Özbəkistana səfər edib. Eyni zamanda, Özbəkistan Prezidenti də dəfələrlə Azərbaycanda səfərdə olub.
"İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edirlər. Bu gün bizim çox yaxın əlaqələrimiz var. Cənab Prezidentin budəfəki dövlət səfəri bu əlaqələrin daha da inkişaf etməsinə, daha da möhkəmlənməsinə, yeni mərhələyə qədəm qoymasına özünün çox ciddi və mühüm töhfələrini verəcək", - C.Məmmədov söyləyib.
O əlavə edib ki, səfər zamanı imzalanan sənədlər qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə, dövlətlər arasında strateji müttəfiqliyinin daha üst səviyyəyə qaldırılmasına gətirib çıxaracaq:
"Bu səfər zamanı prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” çox mühüm sənəd olmaqla, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Prezident Mirziyoyev əmin olduğunu bildirdi ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək.
Eyni zamanda, daha bir vacib və mühüm məsələ müxtəlif sahələrdə əməkdaşlığın artan dinamikasıdır. Burda turizm sahəsində əməkdaşlığı da vurğulamaq lazımdır. Mühüm məqamlardan biri də parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, möhkəmləndirilməsidir. Bu, prioritet vacib bir məsələ kimi qoyulub. Elm, təhsil sahəsində əməkdaşlıq da önəm kəsb edir. Əhəmiyyəti məqamlardan biri də bu gün həm də logistika sahəsində əməkdaşlıqdır. Bütün bunlar onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlığımız daha da inkişaf edəcək, daha da irəli gedəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Dövlət başçısı bildirib ki, bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.
Beləliklə, Özbəkistan və Azərbaycan iki ölkə liderlərinin ciddi səyləri nəticəsində daha böyük uğurlara, nailiyyətlərə imza atacaq".
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















