Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir

Azərbaycan və Özbəkistan regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir. Lakin bu gün iki dövlətin liderləri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma heç də az əhəmiyyət kəsb etmir. Onların münasibətləri, əldə olunan nəticələr, həqiqətən də qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Belə bir əməkdaşlıq isə artan geosiyasi turbulentlik şəraitində hər iki ölkə üçün əsas rol oynayır.

Azərbaycan ilə Özbəkistan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri təkcə ortaq tarix və mədəni köklərə deyil, eyni zamanda dərin etimada və qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığa söykənir. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də pambıqçılıq və ipəkçilik kimi ənənəvi, lakin eyni zamanda müasir texnologiyaların tətbiqi ilə yenidən canlanan sahələrdə Özbək dostlarımızın göstərdiyi məsləhət yardımları və sərmayə dəstəyi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı onu böyük hörmət və səmimiyyətlə qarşılayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha vurğulamışdır. Səfər çərçivəsində keçirilən görüş və danışıqlarda iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur. Prezidentlər arasında aparılan danışıqlar nəticəsində bir sıra mühüm sənədlər imzalanmışdır. Bunlara ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında təcrübə mübadiləsi daxildir. Xüsusi ilə iki ölkənin beynəlxalq və regional  təşkilatlarda bir-birini dəstəkləməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər 1995-ci ildən diplomatik əlaqələrin qurulması ilə başlanmış və zamanla dərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkənin qədim tarix və mədəniyyətə malik olması münasibətlərin möhkəm təməlini qoymuşdur. Müstəqillik illərində bu dost dövlətlər yeni formalaşan beynəlxalq sistemdə bir-birini dəstəkləyərək siyasi-iqtisadi inkişaflarını əməkdaşlıq yolu ilə təmin etməyə yönəlmişdir. Ötən müddət ərzində bir çox yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə təkan vermişdir. Azərbaycan və Özbəkistan Asiyadan Avropaya doğru şaxələndirilmiş nəqliyyat infrastrukturu yaratmaq üçün birgə çalışır. Bu çərçivədə Orta Dəhliz layihəsi nəqliyyat və logistika sahəsində regionu birləşdirən əsas körpüyə çevrilir. Yeni nəqliyyat marşrutlarının açılması dövlətlərarası tranzit potensialını artırır və regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə təkan verir. Avtomobil yollarının yenilənməsi və hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkənin beynəlxalq əlaqələrində müstəsna rol oynayır. Bu sahədə əməkdaşlıq eləcə də Çinlə Avropa arasında ticarət dəhlizlərinin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”. Səfərin nəticələri göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız iqtisadi tərəfdaş deyil, həm də regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir. Prezident İlham Əliyevin bu səfəri əlaqələrin daha da dərinləşməsinə, yeni perspektivlərin açılmasına imkan yaratdı.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see368

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see257

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see212

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see155

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see148

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see147

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see142

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see138

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see138

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see136

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see127

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see127

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see126

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see122

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri