Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

Taciri toyda zəhərlədilər

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

Azərbaycan Özbəkistan qardaşlıq münasibətlərini regional və beynəlxalq səviyyədə inkişaf etdirir

Azərbaycan Özbəkistan qardaşlıq münasibətlərini regional və beynəlxalq səviyyədə inkişaf etdirir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Özbəkistan münasibətləri təkcə ortaq tarix, mədəniyyət və dil birliyi ilə deyil, həm də müasir dövrdə dövlət başçılarının uzaqgörən siyasəti sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş bir dostluq modelidir. Bu əlaqələr əsrlərin sınağından çıxaraq bu gün regionun və türk dünyasının inkişafında nümunəvi əməkdaşlığa çevrilmişdir. Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin əsası 1995-ci ildə qoyulmağına baxmayaraq, xalqlar arasında dostluq və qardaşlıq bağları daha qədim köklərə dayanır. Ulu Öndər Heydər Əliyev və Özbəkistanın ilk Prezidenti İslam Kərimov arasında formalaşan qarşılıqlı etimad bu münasibətlərin əsas təməlini təşkil edib. 1996-cı ildə İslam Kərimovun Azərbaycana səfəri, 1997-ci ildə isə Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı imzalanan çoxsaylı sənədlər iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır. Bu ənənə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən daha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilmişdir. İki ölkə liderlərinin mütəmadi səfərləri, yüksək səviyyəli görüşləri, beynəlxalq platformalarda bir-birinə verdiyi dəstək Azərbaycan-Özbəkistan münasibətlərini xüsusi formatda inkişaf etdirən başlıca amillərdən biri olmuşdur.

Bu gün Azərbaycan və Özbəkistan dünya siyasətində eyni mövqedən çıxış edir, regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir və bu həmrəylik Türk dünyasının bütövlüyünə də böyük töhfə verir. Azərbaycan və Özbəkistan arasında 2024-cü ilin avqustunda imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə bu əlaqələrin rəsmi müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyev bu sənədi iki ölkə arasında münasibətlərin ən yüksək və əhəmiyyətli formatı kimi xarakterizə edərək, Azərbaycan və Özbəkistanın beynəlxalq arenada bir-birini fəal şəkildə dəstəklədiyini, strateji sahələrdə birgə layihələr reallaşdırdığını vurğulamışdır. 2025-2029-cu illəri əhatə edən yeni əməkdaşlıq planları, xüsusilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji və texnologiya sahələrində imzalanmış çoxsaylı sənədlər göstərir ki, iki ölkənin məqsədi yalnız mövcud əlaqələri qorumaq deyil, onları davamlı şəkildə dərinləşdirmək və daha geniş iqtisadi məkan yaratmaqdır.

Azərbaycan xalqı Özbəkistanın işğaldan azad olunmuş ərazilərin bərpasında göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirir. Füzuli rayonunda Özbəkistan dövlətinin maliyyə vəsaiti ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Xankəndidə Özbəkistan sərmayəsi və texnologiyası ilə yaradılan tikiş fabriki bu dəstəyin konkret nümunələridir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Özbəkistan Qarabağın bərpasına yardım göstərən ilk ölkədir. Bu layihələr yalnız iqtisadi deyil, həm də mənəvi qardaşlıq jesti kimi tarixə yazılıb. Bu addımlar Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində beynəlxalq həmrəyliyin mühüm göstəricilərindən biri hesab edilir. Özbəkistanın bu təşəbbüsləri, eyni zamanda regional sabitlik və sülhün möhkəmləndirilməsinə xidmət edir. Füzuli və Xankəndidə həyata keçirilən sosial layihələr bölgədə yerli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və iqtisadi canlanmaya təkan verir. Özbəkistanın bu qardaşlıq dəstəyi Azərbaycan xalqı tərəfindən böyük hörmət və minnətdarlıqla qarşılanır. Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə genişlənib. 2024-cü ilin sonuna ticarət dövriyyəsi 430 milyon dollara çatıb və tərəflər bu göstəricini 2030-cu ilə qədər 1 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoyub. Bu məqsədə çatmaq üçün birgə investisiya fondu yaradılıb, hazırda bu fond vasitəsilə 360 milyon dollardan artıq dəyərdə layihələr icra edilir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz marşrutu çərçivəsində Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi Azərbaycan-Özbəkistan əməkdaşlığının prioritet istiqamətlərindəndir. Bu nəqliyyat dəhlizi həm regional iqtisadi inteqrasiyanı sürətləndirir, həm də Avropa ilə Asiya arasında yeni, etibarlı və sürətli ticarət yolları yaradır. Həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə "yaşıl" hidrogen hasilatı və ixracı layihəsi regionun ekoloji təmiz enerji təchizatçısına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Enerji sektorunda SOCAR və Özbəkneftqaz arasında əməkdaşlıq da genişlənir. Ustyurt bölgəsində birgə geoloji kəşfiyyat işləri həyata keçirilir ki, bu da enerji sahəsində ortaq maraqların möhkəmləndirilməsinə xidmət edir. Bununla yanaşı, avtomobil yollarının yenilənməsi, dəmir yolu bağlantılarının gücləndirilməsi və hava nəqliyyatı sahəsində birgə layihələr iki ölkənin tranzit imkanlarını genişləndirir və regionda rəqabət qabiliyyətini artırır. Azərbaycan-Özbəkistan münasibətlərinin daha bir vacib istiqaməti parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsidir. Xivə şəhərində keçirilmiş Birinci və Bakıda təşkil olunmuş İkinci Parlamentlərarası Forumlar ikitərəfli qanunverici münasibətlərin yeni mərhələyə yüksəlməsinə zəmin yaratmışdır. Parlamentlər səviyyəsində qarşılıqlı dəstək, təcrübə mübadiləsi və birgə təşəbbüslər iki ölkə arasında hüquqi bazanın daha da möhkəmlənməsinə xidmət edir. Mədəni-humanitar əməkdaşlıq da bu münasibətlərin dəyərli hissəsidir. Bakıda Özbəkistan parkının inşası, Əndicanda universitetlərarası forumun təşkili və təhsil sahəsində imzalanmış 60-dan çox əməkdaşlıq müqaviləsi iki ölkə arasında xalq diplomatiyasının gücləndiyini göstərir. Turizm, təhsil, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlıq eyni zamanda xalqlar arasında qarşılıqlı anlayışın, dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə töhfə verir.

Azərbaycan və Özbəkistan təkcə ikitərəfli münasibətləri deyil, həm də türk dünyasının birliyini möhkəmləndirən əsas dövlətlərdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslər, regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərində qarşılıqlı dəstək bu iki ölkənin türk birliyinin inkişafında xüsusi yerə sahib olduğunu sübut edir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin türk birliyinə verdiyi töhfələr, TÜRKSOY, TÜRKPA və Türk Biznes Şurası çərçivəsində aktiv əməkdaşlıq Türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir. Azərbaycanın liderlik etdiyi Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda Özbəkistanın verdiyi dəstək həm regional, həm də beynəlxalq miqyasda müstəsna əhəmiyyət daşıyır. Bu birgə fəaliyyət türk xalqları arasında mədəni, iqtisadi və siyasi əlaqələrin daha da genişlənməsi üçün güclü zəmin yaradır.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see264

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see164

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see138

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see131

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see129

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see128

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see125

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see124

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see124

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see124

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see123

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see123

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see123

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see121

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see120

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see117

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see116

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri