Azərbaycan və Qazaxıstan QHT lərinin ilk forumu keçiriləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Newscenter.az xəbər verir ki, sənədin məqsədi Azərbaycan və Qazaxıstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsidir.
İmzalanma mərasimində çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu əməkdaşlıq iki ölkə arasında vətəndaş cəmiyyəti institutları səviyyəsində əlaqələrin daha sistemli və davamlı şəkildə inkişafına mühüm töhfə verəcək.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində tərəflər gələcəkdə birgə tədbirlərin, mübadilə proqramlarının və regional vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüslərinin həyata keçirilməsini planlaşdırırlar. Bu razılaşma, həmçinin 2025-ci ilin noyabrında
Azərbaycan və Qazaxıstan QHT-lərinin ilk forumunun daha səmərəli keçirilməsinə xidmət edəcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan Qazaxıstan QHT lərinin Birinci Əməkdaşlıq Forumu keçirilib FOTO
24 Noyabr 2025 14:22
Qarabağda Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçiriləcək
03 Sentyabr 2025 21:33
Bu il Xankəndidə Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçiriləcək
18 Aprel 2025 11:33
Qazaxıstan Azərbaycan Biznes Forumu
22 Oktyabr 2025 11:04
Xankəndində keçirilən “Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu” mühüm əhəmiyyət daşıyırdı
25 Oktyabr 2025 16:32
Baxış sayı:64
Bu xəbər 18 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















