Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir Elxan Şahinoğlu
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır. İsrail hökuməti Azərbaycanla əlaqələrdən məmnundur. Öz növbəsində Azərbaycan da İsraillə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir. İsrail Mərkəzi Asiyanın türk dövlətləri, əsasən də Qazaxıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır. İsrailin qonşuluğunda tərəfdaşı yoxdur".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, çıxışına daha sonra bunları əlavə edib:
"Ona görə də, Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir, bununla nümayiş etdirə bilir ki, İslam aləmində dostları da var. Ancaq İsrailin regional siyasəti bu dövlətin dostları üçün bəlli problemlər yaradır. Azərbaycan BMT qətnamələrindən çıxış edərək digər ölkələr kimi İsraillə yanaşı bölgədə Fələstin dövlətinin varlığını dəstəkləyir. İsrailin nə zaman Fələstin dövlətini varlığına razılaşacağı isə bəlli deyil, ən azı indiki İsrail hökuməti qətiyyətli şəkildə bunun əleyhinədir. Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu druz millətindən olanları dəstəkləmək adıyla Suriyanın cənubuna doğru xeyli irəriləyib və oranı tərk etmək fikrində deyil. Türkiyə həm bundan, həm də İsrailin bölgədəki silahlı kürd qruplaşmalara dəstəyindən narahatdır. Təsadüfi deyil ki, Suriya ərazisində Türkiyə-İsrail qarşıdurması barədə ehtimallar irəli sürülür. Bu Azərbaycan üçün çətin vəziyyət yaradır. İsrailin siyasi dairələri bunu nəzərə almaq məcburiyyətindədirlər".
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















