Icma.az
close
up
RU
İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü əhəmiyyətlidir Elxan Şahinoğlu

İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü əhəmiyyətlidir Elxan Şahinoğlu

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Bişkekdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir. Görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür. Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də Paşinyanla görüş qədər əhəmiyyətlidir:

"Çünki, bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkekə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb. İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bird aha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur.

İlham Əliyevin Bişkekdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib. İranda olduğu kimi Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər".

O vurğulayıb ki, Bişkekdə Nikol Paşinyan da müxtəlif görüşlər keçirib:

"Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Təsadüfi deyil ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb. Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizmdə geriləmə olsa da, bu sahənin inkişafı əhəmiyyətli hesab edilir. Azərbaycan Prezidentinin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləməsi də buna xidmət etməlidir.

Narendra Modi ilə Məsud Pezeşkian arasında da görüş olub. İran Prezidenti Hindistanın baş naziri ilə görüşdə ABŞ-dən şikayət edib. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, ABŞ-nin öhdəlikləri yerinə yetirmədiyini vurğulayan Məsud Pezeşkian “biz hələ də razılaşma və qarşılıqlı anlaşma əldə etmək üçün çalışırıq” çümləsini işlədib. Halbuki, SEPAH komandanlığı ABŞ ilə razılaşma əldə etmək üçün Pezeşkianın söylədiyi kimi qarşılıqlı anlaşmaya çalışmır. Pezeşkian bildirib ki, Hindistanın regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə vermək üçün böyük potensialı var. Hindistan və digər dövlətlərin yeganə istəyi Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi enerji daşıyıcılarının rahat daşınmasına şərait yaradılmasıdır. SEPAH generalları isə boğaza nəzarət fikrindən əl çəkmək istəmirlər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri