Icma.az
close
up
RU
Azərbaycan və Qətər arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Qətər arasında əməkdaşlıq müzakirə edilib

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb, iki ölkə arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi və tarixi nailiyyətlərlə yadda qalan COP29-da Qətər dövlətinin nümayəndə heyətinin iştirakını qeyd edib.

Azərbaycan və Qətər arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkə liderlərinin səyləri və siyasi uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə genişləndiyini xatırladıb. Bu çərçivədə 2016-cı ildə dövlət başçılarının qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurlu fəaliyyətinə toxunan nazir birgə komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Nazir Kəmaləddin Heydərov Azərbaycan və Qətər Dövlətinin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan danışıb, 2014-cü ildə imzalanmış “Azərbaycan Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərə toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qətər Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışıb. Səfir münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri