Icma.az
close
up
RU
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olundu

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 19-da Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad əl-Fuheyd əl-Haciri ilə görüşüb. 

Manset.az xəbər verir ki, səfiri salamlayan nazir Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əməkdaşlığın hərtərəfli inkişafında müstəsna rol oynayır.   Qeyd olunub ki, Qətərlə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlarda çərçivəsində də fəal əməkdaşlıq edirlər.
2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkil olunduğunu deyən nazir Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə səfirə təşəkkürünü bildirib. 
Səfir Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri səmimi qəbula görə nazirə təşəkkürünü bildirib, iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu dilə gətirib. O, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. 
Söhbət zamanı bu il Azərbaycanda Qətər Mədəniyyəti Günlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri