Icma.az
close
up
RU
Azərbaycan və Rusiya liderləri arasında görüşün baş tutmasına ciddi ehtiyac var Politoloq

Azərbaycan və Rusiya liderləri arasında görüşün baş tutmasına ciddi ehtiyac var Politoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rusiya tərəfi həm siyasi liderləri, həm ictimai xadimləri, həm də media strukturları vasitəsilə gərginliyi saxlamağa çalışır


İki ölkə arasındakı gərginlik Azərbaycanın deyil, Rusiyanın məsuliyyətsiz yanaşmasının nəticəsidir

Kreml Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüb-görüşməyəcəyi ilə bağlı suallara aydınlıq gətirməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putinin ikitərəfli görüşlər qrafiki hazırlanma mərhələsindədir və Çin tərəfinin təşkil edəcəyi tədbirlərə uyğunlaşdırılır.

“Biz indi ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, onu çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə uyğunlaşdırmaq lazımdır. Bu iş tamamlandıqdan sonra sizi məlumatlandıracağıq”, – deyə Peskov qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində son günlər Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlara diqqət çəkib. Dövlət başçısı bildirib ki, iki nəfərin qətlə yetirilməsi və işgəncələrə məruz qalması rəsmi qurumlar tərəfindən “ürək tutması” ilə izah edilib.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? … Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”, – Əliyev vurğulayıb.

İki ölkə arasında son gərginlikləri nəzərə alsaq, sammit çərçivəsində Əliyev və Putinin görüşü xüsusi önəm daşıyacaq. Lakin bu görüşün baş tutub-tutmayacağı hələlik açıq qalır.


Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, iki ölkə arasındakı gərginlik Azərbaycanın deyil, Rusiyanın məsuliyyətsiz yanaşmasının nəticəsidir:


"Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ikinci Qarabağ müharibəsinin bitdiyi vaxt Azərbaycan ordusunun nümayəndələri təsadüfən Rusiyaya məxsus helikopteri vurublar. Azərbaycan dərhal araşdırma aparıb, günahını etiraf edib və üzr istəyib. Lakin Rusiya Azərbaycanın “AZAL” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsuliyyəti qəbul etmir, bununla da münasibətlərdə gərginlik yaradır.

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısında həm Vladimir Putin, həm də İlham Əliyev iştirak edəcək. Burada Azərbaycan və Rusiya liderləri arasında görüşün baş tutmasına ciddi ehtiyac var. Çünki dialoqun olmamasından dolayı münasibətlərdə yaranan boşluqları həmişə kənar qüvvələr doldurmağa çalışır. Onlar mövcud problemləri şişirdərək gərginliyi artırır, nifrət və qarşıdurmanı dərinləşdirməyə çalışırlar. Bu, həm Azərbaycan, həm də Rusiya üçün zərərli haldır. Prezident İlham Əliyev mövqeyində haqlıdır. O, müsahibələrində dəfələrlə qeyd edib ki, Rusiya tarixən Azərbaycana yanlış yanaşıb, ölkəmizə yuxarıdan aşağı baxıb, suverenliyimizi şübhə altına alıb. Halbuki Azərbaycan bu gün postsovet məkanında öz suverenliyini tam təsdiqləmiş ən uğurlu ölkələrdən biridir. Ermənistan, Gürcüstan və digər region ölkələri suveren hüquqlarından tam istifadə edə bilmədiyi halda, Azərbaycan bunu bacarır. Həmçinin rəsmi Bakı Rusiyaya açıq şəkildə bildirir ki, bizimlə yalnız bərabər hüquqlu tərəf kimi danışmaq mümkündür".


Analitikin fikrincə, Rusiya tərəfi həm siyasi liderləri, həm ictimai xadimləri, həm də media strukturları vasitəsilə gərginliyi saxlamağa çalışır:

"Halbuki bu, nə Azərbaycana, nə də Rusiyaya sərf edir. Çünki Rusiyanın beynəlxalq aləmdə nüfuzu və reputasiyası artıq ciddi şəkildə zədələnib. Azərbaycanın Rusiyadan istəyi aydındır: “AZAL” təyyarəsinin vurulması ilə bağlı məsuliyyətin etirafı, üzr və zərərçəkənlərə təzminatın ödənilməsi. Bu məsələlərin həlli münasibətlərin normallaşmasına xidmət edəcək. Bu baxımdan Çində Əliyevlə Putinin görüşü vacibdir və baş tutmalıdır. Hər iki lider kifayət qədər pragmatik siyasətçidir və çalışmalıdırlar ki, münasibətlərdə yaranan soyuqluqdan üçüncü tərəflər istifadə etməsin, Azərbaycan-Rusiya əlaqələrini pozmaq və yeni gərginlik ocaqları yaratmaq imkanını qazanmasınlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri