Icma.az
close
up
RU
ABŞ və Rusiya arasında müzakirələrə çox böyük ehtiyac var POLİTOLOQ

ABŞ və Rusiya arasında müzakirələrə çox böyük ehtiyac var POLİTOLOQ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Putin və Tramp arasında təmasların tezliyi göstərir ki, tərəflər bir-birinə müəyyən dərəcədə etibar edirlər


Avropa təmtəraqla, ağızdolusu  “Ukrayna qalib gələcək” kimi bəyanatlar verir


Onlar ABŞ-nin vasitəsilə strateji silahların Ukraynaya çatdırılmasına çalışır ki, müharibə uzansın


Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra Kremlin daimi üzvlərini - Təhlükəsizlik Şurasını toplayaraq söhbətin məzmunu barədə məlumat verib.

Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Dünən axşam Donald Trampla telefon əlaqəsindən dərhal sonra Vladimir Putin Kremlin daimi Təhlükəsizlik Şurasının üzvlərini toplayaraq amerikalı həmkarı ilə baş tutan fikir mübadiləsinin məzmunu barədə ətraflı məlumat verib",- o qeyd edib.


Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, artıq diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, Putinlə Trump arasında müntəzəm təmaslar var:


"Onlar ya telefonla danışır, ya da birbaşa görüşürlər. Amma burada bir mühüm məsələ var: son danışıq, şübhəsiz ki, vacib əhəmiyyət daşıyır. Görünür, bu dəfə söhbətdə daha çox taktiki məsələlərə üstünlük verilib. Çünki Ankoricdə keçirilən görüşdə əsasən strateji məsələlər müzakirə olunmuş və müəyyən razılaşmalar əldə edilmişdi. Fakt ondan ibarətdir ki, liderlər həm Ukrayna, həm Yaxın Şərq, həm də Venesuela məsələləri ilə bağlı öz mövqelərini ortaya qoyublar. Adətən güc sahibləri arasında danışıqlar və fikir mübadiləsi aparılanda tərəflər bir-birlərinə problem yaratmamağa çalışırlar. Yəni, münasibətləri anlaşma şəraitində qurmağa üstünlük verirlər: “Bu məsələdə mən sənə güzəştə gedirəm, sən də digər məsələdə mənə mane olmursan” prinsipi üzərində. Məhz bu səviyyədə və çərçivədə təmaslar formalaşır. Bu baxımdan demək olar ki, hazırda Vaşinqtonla Moskva arasında müəyyən etimad mühiti yaranıb. Burada son sözü, təbii ki, dövlət başçıları deyir. Onların ətrafındakı şəxslər isə bu proseslərdən məlumatlandırılır və münasibətlərin semantikası, yəni məzmunu barədə fikir yürüdürlər. Məzmun ondan xəbər verir ki, həm ABŞ, həm də Rusiya Federasiyası güc mərkəzləridir və hər iki tərəf bu etimad mühitini qorumağa, onun geriləməsinə yol verməməyə çalışır. Əksinə, bu mühitin daha da möhkəmlənməsi həm Vaşinqtonun, həm də Moskvanın maraqlarına uyğundur. Mən inanmıram ki, ABŞ yaxın zamanda Ukraynaya “Tamagov” tipli strateji raketlər versin. Bu, daha çox söz-söhbətdir, müzakirə səviyyəsindədir. Əgər belə bir addım atılsa, Rusiya dərhal etimad mühitindən geri çəkiləcək və əldə olunmuş anlaşmaların mənasız olduğunu bəyan edəcək. Tramp bu məsələdə kifayət qədər həssas mövqe sərgiləyəcək və çalışacaq ki, Ukraynanın strateji silahlardan istifadə etməsinin qarşısı alınsın. Ağ Evin sahibi ümumiyyətlə Ukraynanın ön cəbhədə təşəbbüsü ələ keçirmək imkanlarını çok kritik qarşılayır və bədbin yanaşır. Baxmayaraq ki, Avropa təmtəraqla, ağızdolusu  “Ukrayna qalib gələcək” kimi bəyanatlar verir. Bu, reallıqda inandırıcı görünmür. Əksinə, Avropanın bu prosesdə həm qızışdırıcı, həm də təhdidedici rolu var. Onlar ABŞ-nin vasitəsilə strateji silahların Ukraynaya çatdırılmasına çalışır ki, müharibə uzansın və onun nəticələri daha ağır olsun. Avropa hər zaman bu cür mövqedən çıxış edib. Ümumiyyətlə, ötən əsrdə baş vermiş iki dünya müharibəsinin də Qərbin siyasəti nəticəsində başladığını nəzərə alsaq, indi də bu gərgin vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışır. Burada həm kommersiya, yəni iqtisadi maraqlar, həm də geosiyasi məqsədlər var".


Analitik vurğulayıb ki, hazırda ABŞ və Rusiya arasında müzakirələrə çox böyük ehtiyac var:

"Hər iki tərəfin öz komandası mövcuddur. Əsas odur ki, tərəflər aldanmasınlar. Əgər centlmensayağı münasibətlər qurulubsa, tərəflər sözünün ağası olacaqsa, nəticədə konsensus əldə ediləcək.  Eyni zamanda sağlam tərzdə əlaqələrin inkişafına imkanlar yaranacaq. Üstəlik, göstərəcəklər ki, ABŞ və Rusiya heç də bir-birlərinə antagonist düşmən deyillər. Onlar yeri gələndə həmkarlıq, hətta müttəfiqlik də edə bilirlər. Bütün bunlar Avropanın ürəyincə deyil. Qərb ciddi-cəhdlə çalışır ki, Rusiyaya qarşı təhrik artsın və Moskva geriləsin. Hazırkı şəraitdə irəliləyişdən danışmaq hələ tezdir. Əgər ABŞ və Rusiya arasında münasibətlərdə müəyyən müsbət dinamika olacaqsa, bu, ani sıçrayış deyil, tədrici və aram inkişaf formasında mümkündür. Əsas məqsəd geriləməyə yol verməmək və hər iki tərəf üçün qəbulolunan irəliləyiş əldə etməkdir. Nəticə etibarilə, Putin və Tramp arasında təmasların tezliyi göstərir ki, tərəflər bir-birinə müəyyən dərəcədə etibar edirlər və münasibətləri sabit saxlamağa çalışırlar. Bu, həm ABŞ, həm də Rusiya üçün faydalı nəticələr və qarşılıqlı üstünlüklər gətirə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri