Icma.az
close
up
RU
Azərbaycan və Rusiya malların mənşə sertifikatlarının elektron versiyasına keçir

Azərbaycan və Rusiya malların mənşə sertifikatlarının elektron versiyasına keçir

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Rusiya arasında malların mənşə sertifikatlarının elektron sistemlərinin yaradılması istiqamətində işlər yekun mərhələdədir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidmətinin (FGX) Azərbaycandakı nümayəndəsi Ruslan Ştıka Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

"Bu, iki ölkənin gömrük orqanlarına ST-1 formalı sertifikatların həqiqiliyini və onlarda əks olunan məlumatların doğruluğunu elektron şəkildə yoxlamağa imkan verəcək. Bu zaman xarici iqtisadi fəaliyyət iştirakçılarının bu məlumatları kağız daşıyıcılarda təqdim etməsinə ehtiyac olmayacaq.

"ST-1 formalı sertifikat qarşılıqlı ticarətdə azad ticarət rejimi çərçivəsində preferensiyaların tətbiqi hüququnu təsdiqləyən əsas sənəddir. O, həm Rusiyada, həm də Azərbaycanda gömrük rəsmiləşdirilməsi zamanı geniş istifadə olunur", - R.Ştıka qeyd edib.

Onun sözlərinə görə, tərəflər prosedurları sadələşdirmək üçün hökumətlərarası protokol imzalayıblar. Bu protokola əsasən Azərbaycanın ST-1 sertifikatları Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vasitəsilə Rusiya tərəfinə elektron formada ötürüləcək.

"Perspektivdə bu məlumatlar birbaşa Ticarət-Sənaye Palatasından daxil olacaq ki, bu da avtomatlaşdırılmış yoxlamanı həyata keçirməyə imkan verəcək. Biz sadəcə skan edilmiş surəti deyil, ilk mənbədən məlumatları alırıq, sistem bunları müqayisə edə və müfəttişə "yaşıl işarə" verə bilər", - o izah edib.

R.Ştıka əlavə edib ki, layihənin texniki şərtləri artıq imzalanıb və hazırda sistemin rəsmi qaydada işə salınma tarixi razılaşdırılır. Elektron verifikasiyanın tətbiqindən sonra Rusiya tərəfi ST-1 formalı kağız sertifikatlarının tələb edilməsindən imtina edəcək və ya texniki nasazlıqlar halında belə halları minimuma endirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 May 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri