Icma.az
close
up
RU
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib

Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Aprelin 16-da Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin ölkəmizdə səfərdə olan Sloveniya Parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə ölkələrimizin uğurlu sosial-iqtisadi inkişafı, xalqlarımız arasında səmimi münasibətlərin mövcudluğu qeyd olunub. Bildirilib ki, qısa müddət ərzində hər iki ölkənin müstəqilliyi dönməz xarakter alıb, mütərəqqi parlamentarizm ənənələri formalaşıb, xalqlarımız milli və mənəvi yüksəlişə nail olublar.
Söhbətdə vurğulanıb ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti və davamlı islahatlar sayəsində Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, qlobal transmilli layihələri reallaşdıran, beynəlxalq səviyyədə böyük nüfuza malik müasir dövlətə çevrilib. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Fikir mübadiləsi zamanı ölkələr arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolu qeyd edilib. Bildirilib ki, Azərbaycan və Sloveniya qanunverici orqanlarında yaradılmış parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə səmərəli fəaliyyəti əməkdaşlığın möhkəmlənməsinə öz layiqli töhfəsini verməkdədir. Dostluq qruplarının mütəmadi görüşlərinin, parlament komitələri arasında əlaqələrin qurulmasının, beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin təşviqinin vacibliyindən söhbət açılıb.
Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və uğurlu antiterror tədbirləri nəticəsində erməni işğalına son qoyulduğu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi diqqətə çatdırılıb. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla həyata keçirildiyini söylənilib. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların regionda dayanıqlı sülh və davamlı əməkdaşlıq üçün əlverişli şərait yaratdığı vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, elm, kənd təsərrüfatı, mədəni, turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Azərbaycan və Sloveniyanın qarşılıqlı şəkildə bütün sahələrdə əməkdaşlığın inkişafında və ikitərəfli əlaqələrin şaxələndirilməsində maraqlı olduqları və bunun üçün geniş potensial imkanların mövcudluğu bildirilib.
Tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Heydər Əsədov, Malik Həsənov, Əlibala Məhərrəmzadə, Sloveniya nümayəndə heyətinin üzvləri, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri