Icma.az
close
up
RU
Azərbaycan Sloveniya biznes forumu keçirilib

Azərbaycan Sloveniya biznes forumu keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes-forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, maliyyə nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Sloveniyanın baş nazirin müavini, xarici işlər və Avropa işləri naziri Tanya Fayon, Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobinç, İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitja Blaganje ilə yanaşı Sloveniyadan gələn, yerli iş adamları və biznes qurumlarının rəhbərləri iştirak ediblər.

Forumda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qarşılıqlı əlaqələrin inkişafı perspektivlərindən danışıb. Qeyd olunub ki, hər iki dövlət beynəlxalq platformalarda yaxın əməkdaşlıq əlaqələrinə malikdir və bu əlaqələrin inkişafı tərəflər üçün faydalıdır: “Dövlətlərimiz arasında enerji, kənd təsərrüfatı, ticarət, turizm, səhiyyə sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün keçirilən biznes-forum hər iki ölkədə fəaliyyət göstərən biznes strukturlarının inteqrasiyasına təkan verəcək”.

Sloveniyanın baş nazirin müavini, xarici işlər və Avropa işləri naziri Tanya Fayon nəzərə çatdırıb ki, Orta Dəhliz beynəlxalq ticarətin inkişafı üçün əhəmiyyətli xarakter daşıyır: “Sloveniya enerji sahəsində əməkdaşlıqla yanaşı Azərbaycanla tranzit sahəsində də əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Orta Dəhliz vasitəsilə Sloveniya Mərkəzi Asiya və digər Şərq ölkələri ilə ticarət əlaqələrini artırmaq niyyətindədir”.

Çıxış edən digər natiqlər də əczaçılıq, turizm, səhiyyə, kənd təsərrüfatı, qarşılıqlı sərmayə yatırımı sahələrindəki əlaqələrdən danışdılar. Qeyd olunub ki, müasir dünyada dövlətlərin iqtisadi sahələr üzrə əməkdaşlığı və qarşılıqlı mehriban münasibətlər inkişafın təməlini təşkil edir.

Sonra yerli iş adamları və şirkət rəhbərlərinin Sloveniyadan gələn həmkarları ilə B2B və B2G formatında müzakirələr aparıblar. Müzakirələr zamanı iş adamları ölkəmizdəki biznes mühiti, vergi sistemi və başqa məsələlər haqqında məlumat veriblər.

Turizm, əczaçılıq, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlər qarşılıqlı səfərlərin zəruriliyini bildirib və əməkdaşlıq əlaqələrinin davam etdirilməsi barəsində razılıq əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri