Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik bütün sahələri əhatə edir

Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik bütün sahələri əhatə edir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan-Türkiyə əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız və dünya üçün də nümunədir. Onu da qeyd edək ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanmış yüzlərlə sənədin ən stratejisi, ən möhkəm hüquqi əsaslı və gələcəyə yönəlik olanıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış bu sənəd, iki ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmi şəkildə tanınması və qanuniləşdirilməsi deməkdir. Şuşa Bəyannaməsi yalnız bir siyasi sənəd deyil – tarixə yazılmış and, gələcəyə verilmiş sözdür. Bu sənəd iki xalqın taleyini daha da yaxınlaşdırmaqla yanaşı, regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bir siyasi iradənin təcəssümüdür. Şuşa Bəyannaməsində təhlükəsizlik, müdafiə sənayesi, qarşılıqlı hərbi yardım, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq geniş şəkildə əhatə olunub. Bu sənəd, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib. Bəyannamənin hərbi hissəsində iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyət, birgə təlimlər və informasiya mübadiləsi kimi önəmli bəndlər yer alıb. Şuşa Bəyannaməsinin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Şuşa Bəyannaməsinin məhz Şuşada imzalanması təsadüfi deyil. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Şuşa Azərbaycan xalqının milli qürurunun və dirçəlişinin simvoluna çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və bu tarixi sənədin orada imzalanması, Şuşanın həm tarixi, həm də strateji baxımdan daşıdığı əhəmiyyəti bir daha təsdiqlədi. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır.

Ən əsası, bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir.

Ələkbər Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri