Icma.az
close
up
RU
Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 24 may, AZƏRTAC

Qərbi Azərbaycan mövzusunda tədbirlər yalnız Türkiyədə deyil, dünyanın digər ölkələrində də dövlət xadimləri, siyasətçilər və alimlərin iştirakı ilə keçirilməlidir ki, dünya ictimaiyyəti müasir Ermənistan ərazisindəki tarixi torpaqlardan qovulmuş azərbaycanlıların taleyindən xəbərdar olsun.

Bu fikirləri Türkiyə Milli Müdafiə Universitetinin Quru Qoşunları Məktəbinin dekanı, professor İbrahim Ethem Atnur AZƏRTAC-a Ankarada keçirilmiş “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin təminatıdır” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycanın reallıqlarının təbliği Cənubi Qafqazın bu bölgəsinin yerli əhalisinin zəngin irsinin və mədəniyyətinin unudulmamasına da xidmət edən bir yoldur. “Qərbi Azərbaycan haqqında təkcə siyasətçilər və alimlər deyil, həm də qeyri-hökumət qurumları, insan hüquqları təşkilatları, media strukturları və nəhayət, sadə vətəndaşlar danışmalıdır”, – deyə Türkiyə universitetinin dekanı qeyd edib və elmi nəşrlərin auditoriyasının məhdudluğuna diqqət çəkib.

İ.E.Atnur əminliklə bildirib ki, Qərbi Azərbaycan sakinlərinin dəfələrlə yaşadığı faciə və ağrı dünya ölkələrinin ictimaiyyətinə çatdırılmalıdır. “Ankarada keçirilmiş tədbir kimi böyük tədbirlər geniş auditoriyanı məlumatlandırmaq üçün təkan ola bilər və olmalıdır. Bu məsələnin unudulmasına imkan verə bilmərik”, – deyə Türkiyə Milli Müdafiə Universitetinin professoru vurğulayıb.

İ.E. Atnur diqqəti bu fakta yönəldib ki, bu gün Qarsda, İğdırda, Ərzurumda və Anadolunun bir çox digər bölgələrində Qərbi Azərbaycanı tərk etməyə məcbur qalmış azərbaycanlıların yüz minlərlə nəvəsi yaşayır. “Bu insanlar Qərbi Azərbaycan sakinlərinin faciəsi haqqında məlumatı nəsildən-nəslə ötürürlər. Lakin, təəssüf ki, geniş ictimaiyyət bu mövzu haqqında məlumatsızdır. Bir çoxları müasir Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni və memarlıq abidələri haqqında heç nə bilmir. Onların böyük əksəriyyəti artıq ermənilər tərəfindən məhv edilib”, – deyə türkiyəli alim qeyd edib.

O, Qərbi Azərbaycan sakinlərinin hüquqlarının bərpası, insanların doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin olunması istiqamətində səylərin davam etdirilməsinə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri