Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə İrandakı azərbaycanlılara biganə qalmamalıdır Qafar Çaxmaqlı

Azərbaycan və Türkiyə İrandakı azərbaycanlılara biganə qalmamalıdır Qafar Çaxmaqlı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda İranda daxili siyasi və sosial gərginlik artmaqdadır, ölkədə baş verən hadisələr sürətlə dəyişir və qeyri-müəyyənlik hökm sürür.

Bu proseslər fonunda İranda yaşayan azərbaycanlılar hansı addımları atmalı, öz təhlükəsizliklərini və hüquqlarını necə qorumalıdırlar? Eyni zamanda, mümkün rejim dəyişikliyi, xüsusən də şah rejiminə keçid baş verərsə, bu ssenari Azərbaycan türklərinin gələcək statusuna və hüquqlarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, İranda baş verən olaylar hər an dəyişir və şübhəsiz ki, orada yaşayan 40 milyondan artıq türkün, azərbaycanlının taleyi söz mövzusudur:

"Gələcəkdə bu ölkədə Azərbaycan türklərinin hansı statusla yaşayacağı, bir dövlət daxilindəmi, ayrıca muxtariyyət formasında, yoxsa müstəqil dövlət kimi mövcud olacaqları sual altındadır. Bu günlərdə çox tarixi hadisələr baş verə bilər və bu tarixi fürsəti biz də dəyərləndirməli, bundan çıxış yollarını axtarmalıyıq. Şübhəsiz ki, İranda baş verən proseslərə həm daxildən, həm də xaricdən müdaxilələr var və bu müdaxilələr müəyyən mənada proseslərin durulmasına gətirib çıxara bilər. Amma hələlik demək mümkün deyil ki, İranda mövcud molla rejimi süqut edəcək, yoxsa müqavimət göstərəcək və bu proses hansı formada baş verəcək. Çünki İranda bu proseslərin sona çatdırılması üçün ciddi müdaxilə lazımdır. Bu müdaxilə Amerika Birləşmiş Ştatları tərəfindən ola bilər, İranın vurulması ehtimalı da istisna deyil. Amma bu da, mənə elə gəlir ki, rejimin getməsi, yəni süqut etməsi üçün yetərli olmayacaq".

Onun sözlərinə görə, İranda proseslər elə bir mürəkkəb mərhələyə gəlib çatıb ki, rejim getsə belə, onun yerinə Amerikanın hazırladığı, lakin risk edib ortaya ata bilmədiyi şahın varisi Rza Pəhləvinin gətirilməsi də istisna deyil:

"Amma xalq Rza şah Pəhləvinin yenidən İranın başına gətirilməsinə necə baxacaq? Bu da ciddi sual doğurur. Çünki xalqın böyük əksəriyyəti 1979-cu ildən əvvəlki dövrü yaxşı xatırlayır və xüsusən də Azərbaycan türklərinə qarşı edilmiş zülm heç vaxt yaddan çıxmayıb. Bu, mənə elə gəlir ki, unudulan məsələ deyil. Ona görə də Azərbaycan türklərinin razılığı olmadan İranda fars millətçilərinin yenidən hakimiyyətə gəlməsi mümkün olmayacaq. Bunu Qərbdə də çox yaxşı anlayırlar. Mənə elə gəlir ki, Tramp artıq bu fikrindən vaz keçib və bəllidir ki, Rza şah rejiminin yenidən hakimiyyətə gətirilməsi heç nəyi dəyişdirə bilməz. İranda proseslər ona aparıb çıxara bilər ki, burada milli bir hökumət formalaşsın, bir şura yaradılsın və bu şura ölkənin yeni konstitusiyasını hazırlasın, yeni iqtisadi model ortaya qoysun. Çünki əsas narazılıq iqtisadiyyatın bərbad vəziyyəti, dolların riala nisbətən kəskin bahalaşması ilə bağlıdır. Buna görə də xalqın vəziyyətini düzəltmək üçün real tədbirlər görülməlidir və bu tədbirləri nə mövcud hakimiyyət, nə də təklif olunan yeni variantlar həll edə biləcək. Məhz buna görə İrandakı proseslərin mürəkkəb olaraq qalacağına inanıram və gələcəkdə də bu prosesləri diqqətlə izləməli olacağıq".

İrandakı azərbaycanlıların taleyindən danışan politoloq vurğuladı ki, nə Azərbaycan, nə də Türkiyə buna biganə qalmamalıdır:

"Söhbət yalnız insan haqlarından getmir, insanların taleyindən gedir. Orada hər gün neçə-neçə insan öldürülür, qətlə yetirilir. Bunun qarşısını almaq və insanlarımızı xilas etmək üçün səsimizi çıxarmalıyıq. Bilmirəm, İranda gedən bu proseslərə həm Azərbaycan, həm də Türkiyə siyasi baxımdan hazır idimi? Mənə elə gəlir ki, ciddi bir hazırlıq yox idi, bu, spontan bir hadisə idi və baş verdi. Ona görə də indi İranla bağlı konkret siyasi mövqe ortaya qoymaq və strateji xətt müəyyənləşdirmək vaxtıdır. Dediyim kimi, bizi çox böyük tarixi fürsət gözləyir və bu fürsəti dəyərləndirməliyik. Çünki belə fürsətlər hər zaman ələ düşmür. Azərbaycan xalqı və oradakı Azərbaycan türkləri tarix boyu bir neçə dəfə öz haqlarını almağa yaxın olublar, lakin bu cəhdlər 1945-46-cı illərdə Şah rejimi tərəfindən qanla boğulub. Ondan əvvəl də 1918-20-ci illərdə, 1905-08-ci illərdə Azərbaycan xalqına bu rejim tərəfindən divan tutulub və taleyimiz müəyyən mənada mürəkkəb tarixi proseslərin tərkib hissəsinə çevrilib. Ona görə də hələlik qəti nəticə çıxarmaq tezdir. Mənə elə gəlir ki, bu prosesləri izləmək lazımdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri