Icma.az
close
up
RU
Qafar Çaxmaqlı: Minsk qrupu tezliklə ləğv olunacaq

Qafar Çaxmaqlı: Minsk qrupu tezliklə ləğv olunacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın İrəvana təzyiqləri nəticə verəcək 


Ancaq Ermənistanın Konstitusiyada dəyişiklik tələbini yubatması sülh sazişinin imzalanmasını da uzada bilər



Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hazırlanan konstitusiya ilə bağlı bir sıra detalları açıqladı. O bildirdi ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: "Ermənistanın Müstəqillik Bəyannaməsi müstəqil, suveren Ermənistan Respublikasının mövcud ola bilməyəcəyini ehtiva edir. Əgər mən bunu deyirəmsə, deməli, yeni Konstitusiya mətnində həmin Bəyannaməyə istinad olmalı olduğunu iddia edə bilmərəm. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, yeni Konstitusiyada bu sənədə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək". Paşinyan bildirib ki, bu məsələyə yalnız Azərbaycanın tələbi prizmasından deyil, Ermənistanın daxili ictimai-siyasi reallıqları kontekstində yanaşır: “Biz iki məsələni ayırmalıyıq: Azərbaycanın sülh prosesinə və Ermənistan Konstitusiyasının mətninə münasibəti. Bu, bizdə 2018-ci il inqilabından dərhal sonra gündəmdə olan məsələdir. Hələ 2020-ci ilin fevralında bir müsahibəmdə də bu barədə danışmışdım”. Yeni Konstitusiyanın nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab olaraq Paşinyan konkret tarix verməyib: "Referendumun nə vaxt keçiriləcəyinə dair dəqiq söz deyə bilmərəm. Fərqli fikirlər var, müzakirələrdən sonra ortaq nəticəyə gələcəyik". 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. Saziş preambula və 17 maddədən ibarətdir. Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb. Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyil. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir. Prezident İlham Əliyev bəyan edib ki, sülh sazişinin imzalanması üçün iki şərt yerinə yetirilməlidir. Bunlar Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bakı hesab edir ki, Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının qalması, iki ölkə arasında normallaşma prosesinə ciddi maneə törədir. Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var. 


Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, sülh sazişinin mətni 17 bənddən ibarət olsa da, Azərbaycanın iki önəmli tələbi var. Professor vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ortadan qalxmadan, ATƏT-in Minsk qrupu ləğv edilmədən yekun sülhdən danışmaq olmaz:

seeBaxış sayı:313
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri