Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə müdafiə sənayesində güclərini birləşdirir AÇIQLAMA

Azərbaycan və Türkiyə müdafiə sənayesində güclərini birləşdirir AÇIQLAMA

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbulda keçirilən “İDEF 2025” – Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Azərbaycanın hərbi-sənaye sahəsində beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm platformaya çevrilib. 

Türkiyə ilə Azərbaycan arasında davamlı yüksək səviyyəli görüşlər, xüsusilə də "İDEF 2025" kimi mühüm beynəlxalq müdafiə sərgiləri çərçivəsində keçirilən əməkdaşlıq formatları, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir. Bu əməkdaşlıq təkcə hərbi və müdafiə sənayesi sahəsində deyil, ümumilikdə regional təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki,Azərbaycanın Müdafiə naziri Zakir Həsənov “İDEF 2025” çərçivəsində  Türkiyənin milli müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, eləcə də aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşlərində birgə layihələrin inkişafı, hərbi təlimlərin intensivləşdirilməsi və müasir silah sistemlərinin istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Sərgi çərçivəsində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair yeni memorandumun imzalanması, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Sənəd, xüsusilə birgə istehsal, texnologiya mübadiləsi və elmi-tədqiqat sahəsində ortaq fəaliyyətləri nəzərdə tutur.

Ekspertlərin də qeyd etdiyi kimi Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığının daha da gücləndirilməsi regionda təhlükəsizliyin və sabitliyin təminatına mühüm töhfə verir.


Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında keçirilən yüksək səviyyəli görüşlər, birmənalı şəkildə iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Ekspert həmçinin qeyd edib ki,mövcud regional geosiyasi reallıqlar, artan təhdidlər fonunda keçirilən bu cür tədbirlər bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə yalnız diplomatik deyil, eyni zamanda hərbi və təhlükəsizlik sahələrində də tam koordinasiya şəraitində fəaliyyət göstərirlər:


 “Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi böyük uğurlar, təbii ki, Azərbaycanın imkanlarını və müdafiə potensialını da gücləndirir. Türkiyədə istehsal olunan istənilən silah, texniki vasitə və ya avadanlıq Azərbaycan üçün də əlçatandır. Belə görüşlərin keçirilməsi isə hər iki qardaş ölkənin Şuşa Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirir.

Ümid edirəm ki, "İDEF 2025" sərgisi çərçivəsində imzalanan qarşılıqlı niyyət protokolları və anlaşma memorandumları, yaxın gələcəkdə Türkiyənin bir çox müdafiə sənayesi şirkətinin Azərbaycanda fəaliyyət göstərməsinə geniş imkanlar yaradacaq. Türkiyənin  çox sayda  müdafə sənayesi nəhəngləri Azərbaycanda  fəaliyyət göstərmək üçün lisenziyalar əldə edəcəklər və biz  birgə sənaye müəssisələrinin stehsal  etdiyi məhsulları ADEX-2026 sərgisində daha yaxından izləyəcəyik. Bu, yalnız texniki idxalı deyil, həm də yerli istehsal və təlim-tədris sahəsində əməkdaşlığı əhatə edəcək”.


Ə. Verdiyevin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında imzalanan son hərbi-texniki əməkdaşlıq sənədləri həm müdafiə sənayesinə, həm də regional təhlükəsizliyin möhkəmləndirilməsinə strateji töhfə verəcək. Azərbaycan-Türkiyə münasibətləri artıq klassik müttəfiqlik çərçivəsini aşaraq, inteqrasiya olunmuş strateji tərəfdaşlıq modelinə doğru irəliləyir. Bu model, regionda sülhün və sabitliyin əsas dayaqlarından biri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri