Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Türkiyə müdafiə sənayesində dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib AÇIQLAMA

Türkiyə müdafiə sənayesində dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misir Türkiyənin yerli istehsal etdiyi beşinci nəsil “KAAN” döyüş təyyarəsi layihəsində iştirak etməyə hazırlaşır.

Misirin “KAAN” layihəsinə qoşulması Ankara-Qahirə münasibətlərində hansı yeni mərhələnin başlanğıcı hesab edilə bilər? Bu əməkdaşlıq Misir-Türkiyə münasibətlərinin uzunmüddətli sabitliyinə zəmanət verə bilərmi?

Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Türkiyənin son illərdə müdafiə sənayesində həyata keçirdiyi addımlar və nailiyyətlər diqqət mərkəzindədir.

"Müdafiə sənayesində inkişaflar yalnız Türkiyə üçün deyil, həm də Türk Dövlətləri Təşkilatı və bütövlükdə Türk dünyası üçün mühüm mərhələlərdən sayılmalıdır. Çünki Türkiyə  Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatının inkişafı və irəliləməsi üçün böyük səylər göstərir. Güclü ola bilmək üçün əvvəlcə hərbi və müdafiə baxımından, sonra isə iqtisadi sahədə güclü olmaq vacibdir. Bu istiqamətdə Türkiyə müdafiə sənayesində artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Ötən ay Türkiyədə keçirilən IDEF Müdafiə Sənayesi Sərgisi də bunu bütün dünyaya nümayiş etdirdi. Mətbuata yansıyan məlumata görə, Türkiyənin 187 ölkə ilə müdafiə sənayesinə dair ixracat müqavilələri imzalaması böyük qürur mənbəyidir. Bu mərhələnin ən mühüm addımlarından biri də “KAAN” döyüş təyyarəsidir.

ABŞ Türkiyəni F-35 proqramından çıxararaq ədalətsiz qərar qəbul etdi. Halbuki, Türkiyə hava hücumundan müdafiə sistemləri almaq istədikdə, ödəniş etməyə hazır olduğunu bildirsə də, ABŞ və NATO ölkələri bu tələblərə cavab vermədi. Bu səbəbdən Türkiyə alternativsiz olmadığını göstərmək üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almağa məcbur qaldı. Daha sonra isə ABŞ tərəfindən CAATSA sanksiyaları ilə üzləşdi və F-35 proqramından uzaqlaşdırıldı. Lakin Türkiyə sadə bir dövlət olmadığını sübut etdi və müdafiə sənayesində mühüm addımlar atmağa davam etdi. “KAAN” təyyarəsinin hazırlanması da bu istiqamətdə böyük əhəmiyyət daşıyır".

Politoloq qeyd etdi ki, beşinci nəsil döyüş təyyarələri arasında diqqət çəkən “KAAN” artıq beynəlxalq maraq qazanıb.

"Ötən ay İndoneziya ilə 48 ədəd “KAAN” təyyarəsinin satışı üzrə müqavilə imzalandı. Bunun ardınca İspaniya və Birləşmiş Ərəb Əmirliklərindən sonra Misirin də bu layihəyə qoşulması və hava müdafiəsini “KAAN” üzərindən qurmaq qərarı həm iki ölkə, həm də region üçün mühüm hadisədir. Türkiyə və Misir bölgənin ən önəmli dövlətlərindən biridir və qədim tarixi əlaqələrə malikdir. Bu, yalnız Türkiyə və Misir münasibətləri kontekstində deyil, həm də Türk Dövlətləri Təşkilatının hansı mərhələyə gəlib çatdığını göstərməsi baxımından əhəmiyyətlidir. Çünki yaxın gələcəkdə Təşkilatın NATO kimi müdafiə sahəsində inteqrasiyası, ardından isə Avropa Birliyi modelinə uyğun iqtisadi əməkdaşlığı gerçəkləşərsə, Türkiyənin İndoneziya, BƏƏ, İspaniya və Misir kimi ölkələrə müdafiə məhsulları ixrac etməsi qlobal güc olma yolunun mühüm addımları hesab ediləcək".

Müsahibimizin fikrincə, Türkiyənin qlobal güc olması onu cəzalandırmağa çalışan ABŞ və bəzi NATO ölkələrini bir daha düşünməyə vadar edəcək.

"Türkiyə alternativsiz olmadığını, Avropa, Yaxın Şərq və Uzaq Şərqdə mühüm tərəfdaşlarla əməkdaşlıq edə bildiyini göstərir. Bu proses İsrailin ABŞ ilə birlikdə bölgədə sərgilədiyi təcavüzkar siyasətin də qarşısını almağa yönəlik mesaj daşıyır. ABŞ uzun illərdir Misiri və İsrailin hava müdafiəsini, hərbi-logistik imkanlarını dəstəkləyərək Yaxın Şərqdə balanssız güc formalaşdırıb. Bunun nəticəsində İsrail Suriyanı, Misiri, Livanı və İordaniyanı təhdid edən mövqe əldə edib, bu gün isə Qəzzada 60 mindən çox insan beynəlxalq ictimaiyyətin gözü qarşısında qətlə yetirilib.

Gələcəkdə İsrailin qarşısının alınması və onun aqressiv siyasətinin dayandırılması üçün Türkiyə-Misir münasibətlərinin inkişafı mühüm rol oynayacaq. 2010-cu illərdəki gərginlik artıq aradan qalxıb, iki ölkə hərbi-strateji tərəfdaş səviyyəsinə yüksəlib. Misirin bəzən Türkiyənin “Mavi Vətən” layihələrinə dəstək verməsi də diqqətəlayiqdir. Yaxın illərdə Türkiyə ilə Misir arasında Aralıq dənizinə dair xüsusi iqtisadi zona müqaviləsinin imzalanması ehtimal olunur. Əgər buna Suriyanın da qoşulması baş verərsə, İsrailin regiondakı nəzarətsiz davranışlarının qarşısı alınacaq.

Bütün bunlar göstərir ki, Türkiyə gələcəkdə müdafiə sənayesini daha da inkişaf etdirmək imkanlarına malikdir. Qonşular və region dövlətləri ilə qurulan dostluq və əməkdaşlıq münasibətləri bu prosesin daha da güclənməsinə şərait yaradacaq. Türkiyənin güclənməsi isə eyni zamanda Türk dövlətlərinin də güclənməsi deməkdir" , - deyə İsmail Cingöz vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri