Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə revmotoloqları Bakıda toplaşdı FOTOLAR

Azərbaycan və Türkiyə revmotoloqları Bakıda toplaşdı FOTOLAR

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Konqresin açılış mərasimində əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov çıxış edərək iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. O, konqres müddətində aparılan çıxışların həkimlərimizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib.

Qeyd olunub ki, keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır. Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.

Konqresdə “Böyük damar vaskulitləri”, “PAN+DADA-2 sindromu”, “Makrofaq Aktivasiya Sindromu”, “Avaskulyar nekroz”, “Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, ümumilikdə 250-dən çox yerli və xarici qonağın iştirak etdiyi Azərbaycan Milli Revmatoloji Konqresinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Revmatoloqlar İctimai Birliyinin üzvü, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının revmatologiya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Məğrur Məmmədovdur.

Konqres 2 gün davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri