Bakıda Türkiyə Azərbaycan Dostluq Konserti keçirildi FOTOLAR
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda Türkiyə və Azərbaycanın sənətçilərini eyni səhnədə bir araya gətirən Dostluq Konserti təşkil olunub. Oktyabrın 19-da keçirilən tədbir iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.
Adalet.az xəbər verir ki, konsert Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi ilə Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı çərçivəsində baş tutub.
Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Türkiyədən fleyta ifaçısı Lelya Bayramoğulları və Azərbaycandan pianoçu Nərmin İsgəndərova çıxış ediblər. Sənətçilərin birgə ifası Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin musiqi vasitəsilə ifadəsi kimi dəyərləndirilib.
Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhаn Seyhan tədbirlə bağlı fikirlərini bölüşərək, iki ölkə arasındakı münasibətlərin ortaq tarix və mədəni dəyərlər üzərində qurulduğunu bildirib. O, bu əlaqələrin daha da güclənməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.
Mədəni diplomatiya çərçivəsində təşkil olunan konsert Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi və xalqlar arasındakı mənəvi bağların möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















