Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə su təsərrüfatı sahəsində təcrübə mübadiləsini intensivləşdirəcək

Azərbaycan və Türkiyə su təsərrüfatı sahəsində təcrübə mübadiləsini intensivləşdirəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov, Elnur Nəsirov suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti işlərinin təkmilləşdirilməsi məqsədilə Türkiyəyə səfər çərçivəsində Dövlət Su Təsərrüfatı İdarəsinin baş direktoru Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.

Bu barədə "APA-Economics"ə ADSEA-dan bildirilib.

Görüşlərdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib və suallar cavablandırılıb.

Görüşlərdə o da xüsusi olaraq vurğulanıb ki, hər iki ölkənin bu sahə üzrə təcrübə mübadiləsinin aparılması intensivləşdirilsin.

seeBaxış sayı:23
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri