Icma.az
close
up
RU
Azərbaycan Çinlə enerji sahəsində təcrübə mübadiləsini genişləndirir

Azərbaycan Çinlə enerji sahəsində təcrübə mübadiləsini genişləndirir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanın energetika sektorunun nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edirlər.

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Çinin "Datang Corporation" şirkəti tərəfindən Azərbaycanın enerji sektorunun mütəxəssisləri üçün xüsusi təlim və texniki səfər proqramı təşkil olunub. İki həftəlik proqram Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Təlim proqramının açılışında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov videoformatda çıxış edərək proqramın Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

"Datang Corporation"un baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayaraq proqramın uğurla həyata keçirilməsi ilə bağlı xoş arzularını bildirib.

Proqram çərçivəsində iştirakçılara külək, hidrogen enerjisi, qabaqcıl enerji saxlanc sistemləri, o cümlədən sıxılmış hava əsaslı enerji saxlancı (CAES), külək-günəş-enerji saxlancının inteqrasiya olunmuş sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi hidroelektrik stansiyalar və nasoslu hidroakkumulyasiya elektrik stansiyaları üzrə təqdimatlar və praktiki məlumatlar verilir.

Səfər proqramının mühüm hissəsini Çendu və Çuntsin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərlər təşkil edir. Bu səfərlər çərçivəsində Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı yerində təcrübə əldə edirlər.

Səfərdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin nümayəndələri iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri