Icma.az
close
up
RU
Azərbaycan və Türkiyədən olan şəhid ailələri və qazilərlə İğdırda görüş keçirilib

Azərbaycan və Türkiyədən olan şəhid ailələri və qazilərlə İğdırda görüş keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Türkiyənin İğdır vilayətində “Zəfərin ruhunda birləşənlər” adlı görüş keçirilib. Tədbirdə Türkiyə və Azərbaycandan olan şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də bir qrup qazi iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşün təşkilinə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır Azərbaycan Evi, Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyəti, həmçinin “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi dəstək göstərib. Tədbir İğdır Mədəniyyət və Turizm İdarəsinin binasında baş tutub.

Proqram çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş torpaqları uğrunda mübarizədən bəhs edən film nümayiş etdirilib, şəhidlərin xatirəsinə dualar oxunub.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya çıxış edərək Türkiyə və Azərbaycan xalqlarının müstəqillik və bütövlük uğrunda mübarizəsindən, iki qardaş ölkə arasındakı qardaşlıq və dəstək münasibətlərindən danışıb.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev isə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, “44 günlük müharibə və 2023-cü il antiterror tədbirləri iştirakçılarının qəhrəmanlığı Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılıb”. Diplomatın sözlərinə görə, işğaldan azad olunmuş torpaqlar Türk dünyasının tarixində dönüş nöqtəsinə çevrilib və türk dövlətlərinin birliyinin möhkəmlənməsinə mühüm təkan verib. “Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, birlik və haqq-ədalət uğrunda mübarizəyə heç bir qüvvə müqavimət göstərə bilməz”, - deyə o əlavə edib. Baş konsul, həmçinin vurğulayıb ki, Vətən müharibəsində qazanılan Qələbə Bakı ilə Ankara arasında əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyədən olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər İğdırın simvollarından biri olan muzeyi və 1915–2015-ci illərdə Şərqi Anadoluda erməni silahlı dəstələrinin cinayətlərinin qurbanı olmuş dinc sakinlərin xatirəsinə ucaldılmış beş qılınc formasındakı abidəni ziyarət ediblər.

Sonda İğdır Sosial Elmlər Liseyinin həyətində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə ağac tingləri əkilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri